Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1BABƏKİN ARAZDAN ŞİMALDAKI MÜHARİBƏLƏRİ Empty BABƏKİN ARAZDAN ŞİMALDAKI MÜHARİBƏLƏRİ Пн Май 01, 2017 11:24 am

---MİNGƏÇEVİRLİ---
---MİNGƏÇEVİRLİ---
BABƏKİN ARAZDAN ŞİMALDAKI MÜHARİBƏLƏRİ



BABƏKİN ARAZDAN ŞİMALDAKI MÜHARİBƏLƏRİ Babek%2B15



Xürrəmi müharibəsindən istifadə edib Arranda özbaşınalıq edən bəzi ərəb feodalları alban və erməni xristian knyazlıqlarının ərazisinə basqınlar edərək talanlar edirdilər.Bunlardan biri də Avarabşa ləqəbi ilə məhşur olan Səvada ibn Əbd ül-Həmid idi.Bütün Ermənistanı talan edən ona qarşı Sünik nəslinin böyüyü hükmdar Vasaq, Babəki köməyə çağırdı,
822-ci ildəBabək də gəlib Avaranşahı darmadağın edib qaçqın saldı.Həmin ildə Sünik xürrəmilərin hakimiyyəti altına keçdi.Babəkin qoşunu Sünikdən sonra Beyləqan, Arsax və Utu vilayətlərini də tutdu.
826-cı ildə beyləqanlılar üzərlərinə qoyulan bacı ağırlığına tab gətirməyib Babəkin əleyhinə üsyan qaldırdılar.Albaniya knyazı Stepanos Ablasad Babəki çağırdı, o da gəlib üsyanı yatırdı.
827-ci ildə Bəkin qoşunu Geqarkuni (Qərbi Sünik) vilayətini tutdu, orada 15 min adamı qırdı.
829-cu ildə beyləqanlılar yenidən üsyan qaldırıb Bercor vilayətinə hücum etdilər.Stepanos Ablasad təkrar Babəkə müraciət edib kömək istədi, xürrəmilər də gəlib üsyançıları darmadağın etdilər.
830-cu ildə beyləqanlılar üçüncü dəfə üsyan qaldırdılar.Onlar knyaz Ablasadı öldürüb Qoroz qalasında möhkəmləndilər.Üsyançılar Arranın 8 vilayətini bir il əllərində saxladılar.Öldürülən Ablasadın bacısı oğlu Yesai Əbu Musa Beyləqan hökmdarı oldu.O Babəkin qoşunlarını köməyə çağırdı və onların yardımı ilə həmin il həmin vilayətləri ələ keçirdi.Qoroz qalası isə üsyançların əlində qalmışdı.Babəkin ordusu bu qalanı almaq üçün Arazı keçib Amaras vilayətində düşərgə saldı.Qalanın alınmaz olduğunu, və üsyançıları qətiyyətini görən Babək üsyanı yatırmaq üçün əvvəllər işlətdiyi fürsətdən fərqli olaraq üsyançıların təslim olması üçün dilə tutmağa başladı.Bir çoxları əvvəlcə ona inanıb təslim olsalar da, aldadıldıqlarını görüb yenidən qiyam qaldırdılar.Babək şəhərin təslim olmasına müfəvvəq  olmadığından öz paytaxtına qayıtdı, qalanın yanında isə öz sərkərdələrində Rüstəmi qoyub ona əmr etdi ki, qaladakılarla vuruşmasın, onları xoşluqla itaətə cəlb etsin.Lakin Rüstəm Babəkin tapşırığına fikir verməyib qalada möhkəm yer tutanlarla müharibə etməyə başladı.O zaman qaladakılar İsa Məsihin gücünə pənah gətirərək, xaç və müqəddəslərinin qurumuş sümüklərini qabaqlarında tutaraq Babəkin ordusunu məğlubiyyətə uğratdılar.
Lakin Babək beyləqanlılara bir də hücuma keçmədi, çünki onun əsas düşməni və müharibəsi ərəblərlə olduğundan, O, Arranda qan tökülməsini və döyüşçü itirməsini istəmirdi.Lakin Babəkin beyləqanlılara bir də hücuma keçməməsi onun Arrandakı müttəfiqləri olan Səhl ibn Sumbat və Yesai Əbu Musanı itirməsinə gəlib çıxardı.Beləliklə xürrəmilər Arazdan şimalda olan bütün torpaqları və atlı qoşunlarının istifadə etdiyi gözəl qışlaqları itirdi.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения