816-819 illərdə 3 ilə Babək Cənubi Azərbaycanı tamamilə ərəblərdən azad edir.Təbriz hakimi İbn Bəis, Mərənd məliyi İsma Əl –Kürdi və bir çox yerli hakimlər Babəkə tabe olur.Xəlifə qardaşları taxt-taz uğrunda mübarizə apardıqları üçün Azərbaycana elə də fikir verə bilmirlər.Xürrəmilərin üstünə ancaq 3 ildən sonra böyük nizami ordu göndərilir.Bu 3 ildə Babəkin döyüşləri baradə tarix kitablarında elə də çox məlumat tapmaq olmur.Amma məlumdur ki, çox əməliyyatlar keçirilib.
833-cü ildə İsfahan, Həmədan və İranın şimal bölgələrində yaşayan əhali Xürrəmi dinini qəbul edərək üsyan qaldırılar, lakin onlara qarşı gönədrilən ərəb ordusu tərəfindən darmadağın edildilər.Üsyançılar 60 min itki verdilər, 14 min üsyançı qaçıb Bizansa sığındı.Bəzi tarixçilərin fikrincə bu döyüşdə xürrəmilərə Babəkin özü başçılıq edib, amma bu çox inandırıcı deyil...Bəzi yazılara görə də Babək öz oğlunu 10 minlik qoşunla Həmədan xürrəmilərinə köməyə göndərib.
835-ci ildə yeni xəlifə olan Mötəsim Babəkə qarşı əvvəlkilərdən fərqli böyük ordu göndərir Bizans imperiyasıyla sülh bağlayaraq Bizans sərhəddinəndki ordunu da Babəkı qarşı göndərir.Tarix kitabarında Əfşinin ordusunun sayı bildirilməsə də şübhəsiz ki, bu xürrəmilərə qarşı göndərilən ən böyük ordu olub.Ərəb ordularının böyüklüyünə görə, və ərəblərin Babəkin müharibəsində əvvəlkilərdən fərqli başqa strateqiya seçməsi, Bəzzə gedən yolların təmizlənməsi, və Babəkin əvvəllər dağıtdığı istehkamların bərpasına görə Babəkin məğlub olacağını duyan Babəkin yerli müttəfiqləri İbn Bəis, və başqaları ondan ayrılmaya başlayır.
835-ci ildə Sindbay deyilən yerdə ərəb sərkərdəsi Əbu Səid Babəkin sərkərdəsi olan Müaviyəni məğlub etdi.Tarixçilərin dediyinə görə 19 illik ərəb-xürrəmi müharibəsində bu xürrəmilərin ilk məğlubliyyəti idi.Həmən il Babəki müttəfiqi Təbriz hakimi ibn Bəis Babəkdən ayrıldı və Babəkin sərkərdəsi İsmanı ərəblərə təslim etdi.Həmin il Arşak yaşayış məntəqəsi yaxınlığında xürrəmilər ərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradlar.Bu vuruşmada xürrəmilər mindən artıq tələfat verdilər.Lakin bir neçə gün sonra Babəkin sərkərdələrindən olan Tərxan yenidən ərəblərin karvanına hücum edib mühafizləri qırır, və bütün yükü ələ keçirib ərəb ordusunu çıtin vəziyyətə salır.Afşin Təbriz hakimi İbn Bəisdən ərzaq göndərilməsini istəyir, ancaq xürrəmilər bu dəfə də karvanı bütün yükü ilə ələ keçirirlər.Afşin bu dəfə Şirvan hakimindən ərzaqla kömək etməsini istəyir, onun göndərdiyi ərzaq kavanı ərəblərin imdadına çatır.
836-cı ildə Babək ərəb sərkərdəsi Buğa əl-Kəbirin min nəfərlik yemdaşıyan dəstəsini məhf etdi, sonra onun ordusunu Həştadsər dağında mühasirəyə salıb tamamilə darmadağın etdi, bütün orduğahını ələ keçirdi.Bu döyüşdə bir neçə ərəb sərkəsi məhv edildi, Buğa özü isə qaçdı.Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.
836-cı ildə Babəkin ən güclü sərkərdələrindən olan türk Tərxan Afşinin cəsusu təfindən öldürüldü.Bu türk ərəbləri lap cana gətirmişdi, ərəblər anlamışdılar ki, nə qədər ki, Tərxan sağdı, onlar xürrəmilər üzərində qələbə çala bilməyəcəklər.Tərxan öləndən sonra ərəblər daha qətiyyətli hərəkət etməyə, xürrəmilər isə dalbadal məğlubiyyətə uğramağa başladılar.
837-ci ildə Afşin xəlifədən böyük qüvvə aldı.80 minlik yeni orduya böyük türk sərkədələrindən Cəfər ibn Dinar və İtah başçılıq edirdiilər.Həmən ildə Cəfər ibn Dinar, Əbu Səid və Buxaraxudatın komandası altındakı türk qoşunlar və ərəb könülləri Bəzz qalasını mühasirəyə aldılar və böyük tələfat bahasına uzun sürən döyüşdən sonra qalanı ələ keşirdilər.Bəzz uğrunda son iki illik müharibədə 100 000 ərəb və türk və 80 000 xürrəmi həlak oldu.