Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1BABƏK NİYƏ MƏĞLUB OLDU? Empty BABƏK NİYƏ MƏĞLUB OLDU? Пн Май 01, 2017 11:26 am

---MİNGƏÇEVİRLİ---
---MİNGƏÇEVİRLİ---
ÜSYANIN SON MƏRHƏLƏSİ


BABƏK NİYƏ MƏĞLUB OLDU? Babek-77


833-cü ildə İsfahan, Həmədan və İranın şimal bölgələrində yaşayan əhali Xürrəmi dinini qəbul edərək üsyan qaldırılar, lakin onlara qarşı gönədrilən ərəb ordusu tərəfindən darmadağın edildilər.Üsyançılar 60 min itki verdilər, 14 min üsyançı qaçıb Bizansa sığındı.Bəzi tarixçilərin fikrincə bu döyüşdə xürrəmilərə Babəkin özü başçılıq edib, amma bu çox inandırıcı deyil...Bəzi yazılara görə də Babək öz oğlunu 10 minlik qoşunla Həmədan xürrəmilərinə köməyə göndərib.
835-ci ildə yeni xəlifə olan Mötəsim Babəkə qarşı əvvəlkilərdən fərqli böyük ordu göndərir Bizans imperiyasıyla sülh bağlayaraq Bizans sərhəddinəndki ordunu da Babəkı qarşı göndərir.Tarix kitabarında Əfşinin ordusunun sayı bildirilməsə də şübhəsiz ki, bu xürrəmilərə qarşı göndərilən ən böyük ordu olub.Ərəb ordularının böyüklüyünə görə, və ərəblərin Babəkin müharibəsində əvvəlkilərdən fərqli başqa strateqiya seçməsi, Bəzzə gedən yolların təmizlənməsi, və Babəkin əvvəllər dağıtdığı istehkamların bərpasına görə Babəkin məğlub olacağını duyan Babəkin yerli müttəfiqləri İbn Bəis, və başqaları ondan ayrılmaya başlayır.
835-ci ildə Sindbay deyilən yerdə ərəb sərkərdəsi Əbu Səid Babəkin sərkərdəsi olan Müaviyəni məğlub etdi.Tarixçilərin dediyinə görə 19 illik ərəb-xürrəmi müharibəsində bu xürrəmilərin ilk məğlubliyyəti idi.Həmən il Babəki müttəfiqi Təbriz hakimi ibn Bəis Babəkdən ayrıldı və Babəkin sərkərdəsi İsmanı ərəblərə təslim etdi.Həmin il Arşak yaşayış məntəqəsi yaxınlığında xürrəmilər ərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradlar.Bu vuruşmada xürrəmilər mindən artıq tələfat verdilər.Lakin bir neçə gün sonra Babəkin sərkərdələrindən olan Tərxan yenidən ərəblərin karvanına hücum edib mühafizləri qırır, və bütün yükü ələ keçirib ərəb ordusunu çıtin vəziyyətə salır.Afşin Təbriz hakimi İbn Bəisdən ərzaq göndərilməsini istəyir, ancaq xürrəmilər bu dəfə də karvanı bütün yükü ilə ələ keçirirlər.Afşin bu dəfə Şirvan hakimindən ərzaqla kömək etməsini istəyir, onun göndərdiyi ərzaq kavanı ərəblərin imdadına çatır.
836-cı ildə Babək ərəb sərkərdəsi Buğa əl-Kəbirin min nəfərlik yemdaşıyan dəstəsini məhf etdi, sonra onun ordusunu Həştadsər dağında mühasirəyə salıb tamamilə darmadağın etdi, bütün orduğahını ələ keçirdi.Bu döyüşdə bir neçə ərəb sərkəsi məhv edildi, Buğa özü isə qaçdı.Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.
836-cı ildə Babəkin ən güclü sərkərdələrindən olan türk Tərxan Afşinin cəsusu təfindən öldürüldü.Bu türk ərəbləri lap cana gətirmişdi, ərəblər anlamışdılar ki, nə qədər ki, Tərxan sağdı, onlar xürrəmilər üzərində qələbə çala bilməyəcəklər.Tərxan öləndən sonra ərəblər daha qətiyyətli hərəkət etməyə, xürrəmilər isə dalbadal məğlubiyyətə uğramağa başladılar.
837-ci ildə Afşin xəlifədən böyük qüvvə aldı.80 minlik yeni orduya  böyük türk sərkədələrindən Cəfər ibn Dinar və İtah başçılıq edirdiilər.Həmən ildə Cəfər ibn Dinar, Əbu Səid və Buxaraxudatın komandası altındakı türk qoşunlar və ərəb könülləri Bəzz qalasını mühasirəyə aldılar və böyük tələfat bahasına uzun sürən döyüşdən sonra qalanı ələ keşirdilər.Bəzz uğrunda son iki illik müharibədə 100 000 ərəb və türk və 80 000 xürrəmi həlak oldu.

2BABƏK NİYƏ MƏĞLUB OLDU? Empty Re: BABƏK NİYƏ MƏĞLUB OLDU? Пн Май 01, 2017 11:27 am

---MİNGƏÇEVİRLİ---
---MİNGƏÇEVİRLİ---
BABƏK NİYƏ MƏĞLUB OLDU? Bandicam%2B2017-04-29%2B18-41-13-171

BABƏK NİYƏ MƏĞLUB OLDU?

Xürrəmilər hərəkatının yatırlmasının bir çox səbəbləri var.1) Birincisi xəyanətdi.3 il müharibə bir nəticə vermədiyinə görə xəlifə Mötəsim qələbəyə inamını itirmişdi.Amma gözlənilmədən xəyanət nəticəsində Babək məğlub oldu.Babək qoşunun əsas hissəsini Bəzzə yaxın yerdə pusquda gizlətmişdi, Əfşinin ordusu Bəzzə hücum edən an xürrəmi dəstəsi arxadan ərəblərə hücum etməli idi.Belə  hiylə çox bəhrə vermişdi.Amma axırıncı dəfə alınmadı.Belə ki, Afşinin cəsusları bunu ona xəbər verdi.Babəkin pusquda olan dəstəsi də mühasirəyə alınıb məhv edildi.2) İnincisi cəsusluq idi.Əfşin cəsusluğa çox yer verirdi.O iki qat qızıl verdiyinə görə Babəkin də cəsusları ona işlədi.Elə axırıncı məğlubiyyətin əsəs səbəbi cəcusların gətirdiyi xəbər oldu.3) Üçuncüsü Əfşinin ordusu hücuma keçər keçməz Azərbaycanın İbn-Bəis kimi bəzi feodallarının ondan ayrılması oldu.Babək müharibəni başlamazdan əvvəl uduzmuşdu.Çünki İbn-Bəisin xəyanətlə ələ keçirdib ərəblərə təhvil verdiyi Babəkin sərkərdələrindən olan Mərənd məliyi İsma əl-Kurdinin ərəblərə verdiyi qızıl xəbərlər xürrəmilərn məğlubliyyətinin əsas səbəblərindən biri oldu.Arazdan şimaldkı alban müttəfiqlərini isə Babək hələ Əfşinin ordusu hücuma keçməzdən əvvəl itirmişdi.4) Dördüncüsü Ərəb ordusunun nəhəngliyi və komandanın güclü olması idi.Əfşin doğurdan da əvvəlki komandanlardan daha güclü və hiyləgər idi, o heç vaxt döyüşə tələsmiridi, yüz ölçüb bir biçməmiş döyüşə- girmirdi, həm də cəsusluq işinə də güclü fikir verirdi.Əfşinin ordusunun sayı mənbələrdə bildirilməsə də mən bu ordunun sayının 200 mindən az olmasına inanmıram, hətta 300 min olmasına da inanıram.Məhəmməd ət-Tusinin ordusunun sayı 150 min olduğu mənbələrdə deyilir.Əfşinin ordusu bunda ikiqat böyük olmalı idi.Çünki Xilafətlə Bizans arasında  833 -cu ildə sülh bağlandıqdan sonra Bizans cəbhəsindəki qoşunlar da Babəkin üstünə getdi.Hətta xəlifə erməni feodallarına da xürrəmilərə qarşı çıxmağı əmr etdi.837-cil ildə Əfşinə kömək olaraq 80 minlik əlavə qoşun da göndərilib.Bütün bunları nəzərə alsaq görərik ki, doğurdan da Əfşinin ordusu Babəkə qarşı göndərilən bütün ordulardan böyük olub.Həm də türklərin sayı da əvvəlki ordularda olduğunda çox olub.Döyüşkən türklər ərəblər və xürrəmilərlə müqayisədə daha güclü idi.5) Beşincisi Babəkin ən güclü sərkərdəsi olan Tərxanın irirməsi oldu.Tərxan hun türkü olub, çünki "tərxan" hunlarda bir hərbi titul və ya rütbə olub.Döyüşkən hunların nəyə qadir olduğu heç kimə sirr deyil.Məhz Tərxan öldürüləndən sonra xürrəmilər dalbadal məğlub olmağa başladılar.Alban və Atropatena feodallarından olan müttəfiqlərini itirən Babək, Əfşinini  300 minlik ordusuna qarşı 100 mindənn artıq qüvvə çıxara bilməzdi.Babək məğlub olmaya da bilərdi.Amma yuxarıda sadalanan səbəblərə görə məğlub oldu.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения