Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1İkinci dünya müharibəsi Empty İkinci dünya müharibəsi Пн Май 01, 2017 7:22 am

Səməd bəy
Səməd bəy
Yeni
İkinci dünya müharibəsi
Vikipediya, açıq ensiklopediya


[th]İkinci dünya müharibəsi[/th][th]Münaqişə tərəfləri[/th]
İkinci dünya müharibəsi 300px-Infobox_collage_for_WWII
[th]Tarix[/th][th]Yeri[/th][th]Səbəbi[/th][th]Nəticəsi[/th]
1 sentyabr 1939 – 2 sentyabr 1945
(6 il, 1 gün)
Alman faşizmi, italyan revanşizmi, yapon şovinizmi
Antihitler koalisıyasının qələbəsi
Antihitler koalisiyasıBerlin-Roma-Tokio oxu
[size][ltr]
İkinci dünya müharibəsi — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.
2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.
İkinci dünya müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər 6 milyon yəhudinin həyatına son qoydular.
Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.
Müharibə 1945-ci ildə Antihitler Koalisiyası-nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar başlanırdı.
İkinci dünya müharibəsinin xroniki ardıcıllıqda davam tarixi aşağıdakı kimidir:


[/ltr][/size]
[ltr]

Mündəricat

  [gizlə] [/ltr]


[size][ltr]

Müharibənin başlanması[redaktə | əsas redaktə]

1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi.1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danzig limanında olan Alman müharibə gəmisi ''Schleswig-Holstein'' Polşaya aid ''Westerplatte'' adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, ikinci dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində Alman bombardman təyyarələri, Breslau'nun 100 km şərqindəki ''Wielun'' qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir Alman-Slovak bölüyü 26 avqust tarixində Jablona Keçidi'ni işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3-10 arasında AvstraliyaYeni ZelandiyaHindistanKanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi. İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri: əvvala, birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması; ikinci, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi; üçüncü, Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları; dördüncü, Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri; beşinci, iri dövlətlərin, o cümlədən ABŞ-in "qarışmamaq" mövqeyi tutmaları; altıncı, ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri; yeddinci, sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri; səkkizinci, SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması; doqquzuncu, 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i. a. idi.[/ltr][/size]

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения