Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Ateizm Empty Ateizm Вт Май 02, 2017 3:26 am

S.T.R.A.T.E.Q.
S.T.R.A.T.E.Q.
Тanış
Ateizm
Vikipediya, açıq ensiklopediya




Ateizm 220px-Atheismsymbol_endorsed_by_AAI.svg

Ateizm simvolu

Ateizm 240px-Ephesians_2%2C12_-_Greek_atheos

III əsrin əvvəllərində papirus üzərində yazılmış "Efeslilərə müraciət"də yunan dilindəki αθεοι (atheoi) (2:12) ifadəsi "tanrısız" mənasını verir.

[size][ltr]
Ateizm (yun. ἄθεος - "tanrısız") — tanrılara və ruhi varlıqlara olan metafizik inancları və dinləri rədd edən fəlsəfi cərəyandır.

[/ltr][/size]
[ltr]

Mündəricat

  [gizlə] [/ltr]


[size][ltr]

Ateizm fəlsəfəsi[redaktə | əsas redaktə]

Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian tanrısına inamsızlıq dünyagörüşü kimi Avropada meydana gəlib. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olmuşdur.
2005-ci il statistikasına görə, İsveç əhalisinin 45-85%-i, Vyetnamın 81%-i, Norveçin 31-72%-i, Yaponiyanın 64-65%-i, Finlandiyanın 28-60%-i, Fransanın 43-54%-i ateistdir. Dünyada təqribən 1 milyarda yaxın insan ateistdir.[Mənbə göstərin]
Filosoflardan ateist olan və bunu ifadə edənlərdən bir neçəsi: Protaqor, Epikur, D. Didro, P.-H. Holbax, D. Yum, L. Foyerbax, M. A. Bakunin, K. Marks, A. Şopenhauer, F. Nitsşe, M. Haydeqer, B. Rassel, K-R. Popper, J.-P. Sartr, A. Kamyu, A. Ayer, R. Rorti, P. Sloterdik. Fəlsəfələrindən ateizm çıxan filosoflardan bir neçəsi: C. Lokk, İ. Kant, F. Hegel. Xalq təsəvvüründə məşhur adamlardan ateist olanlardan bir neçəsi: Ç. Darvin, M. Tven, Z. Froyd, B. Şou, M. Prust, Ç. Çaplin, B. Qeyts, A. Azimov, E. A. Po, K. Saqan.

Ateizmin coğrafiyası[redaktə | əsas redaktə]

Avropa statistika orqanı (Avrostat) tərəfindən 2005-ci ildə aparılmış ən sonuncu sorğuya (Avrobarometr 2005) əsasən Avropa Birliyi vətəndaşlarının 53%-i tanrıya, 27%-i isə ruh və digər fövqəl qüvvələrə inanır. 18% əhali bunların heç birinin mövcud olmadığını düşünür.[1]
[/ltr][/size]
Ateizm 250px-Europe_belief_in_god.svg

Avropa ölkələrində tanrıya inananların ümumi sayı (faizlə) (2005-ci il)

Ateizm 250px-Europe_No_Belief

Avropa ölkələrində tanrıya və digər fövqəl qüvvələrə inanmayanların ümumi sayı (faizlə) (2005-ci il)
[size][ltr]

Ateizmin növləri[redaktə | əsas redaktə]

Praktik ateizm[redaktə | əsas redaktə]

Bu görüşə görə tanrının varlığı inkar edilmir, amma ona önəmsiz və lazımsız bir yer verilir. Praktik ateizmə görə, tanrı nə bu dünyaya müdaxilə edir, nə həyata hər hansı bir məqsəd qatır, nə də hər gün sizə təsir edir.

Nəzəri ateizm[redaktə | əsas redaktə]

Nəzəri ateizm, teizmin qarşısına aydın olaraq tezis qoya bilən ateizm növüdür. Bu tezislər ontoloji, epistemoloji, psixoloji, sosioloji, iqtisadi ve məntiqi ola bilər.

Teorik Ateizm [2][redaktə | əsas redaktə]

Ateizmin birinci yanaşmasından bir az fərqli olaraq “Tanrı´nın varlığını rədd etmək” şəklində də təyin olunmuşdur. Əslində ateizm deyilincə ağla bu tərif gəlir. Fəlsəfədə əhəmiyyətli olan və Tanrı inancına ağır tənqidlər yönəldən ateizm forması da budur. Yəni düşünərək müzakirə edərək zehini bir səylə Tanrının varlığını rədd etmək və əlaqədar iddiaları çürütməyə çalışmaqdır.
Nəzəri ateizm də deyilən bu anlayış istiqamətində dindarların iddiaları və Tanrının varlığı lehində gətirdikləri dəlillər tənqid mövzusu olmuş, bu müddətdə Tanrı´nın varlığını çürütməyə qarşı tezislər irəli sürülmüşdür.
Nəzəri ateizmdə Tanrı´nın varlığı inkar edilməklə qalınmamış, bu anlayışla əlaqədar olaraq gündəmə gələn möcüzə, vəhy, peyğəmbərlik, müqəddəs kitab, ölümsüzlük və axirət həyatı kimi inanclar da tənqid olunmuş və rədd edilmişdir. Ayrıca bu cür bir ateizmdə yalnız teistik Tanrı anlayışı hədəf alınmamış, bunun yanında mistik, mifoloji, transandantal və ya antropomorfik anlayışlarla, panteizm və deizm kimi, bir şəkildə Tanrı inancına yer verən digər məktəblər də rədd edilmişdir.

Materializm[redaktə | əsas redaktə]

Özündə fəlsəfi bir problem olan ateizm bəzən də ideoloji bir qanun olaraq müdafiə olunmuş və siyasi bir qəbul halına gəlmişdir. Xüsusilə Karl Marx, F. Engels (1820-1895) və V. I. Leninin (1870-1924) fikirlərindən hərəkatla qurulan sosialist rəhbərliklərdə ateizm, kommunist partiyaların propaqanda vasitəsi olaraq istifadə edilmişdir. Köhnə Sovetlər Birliyində və hələ bəzi ölkələrdə ateizm Marxist və Leninist dünya görüşünün ayrılmaz bir parçası olaraq görülmüş və “elmi ateizm” adıyla təqdim edilmişdir.

Laqeyd Ateizm[redaktə | əsas redaktə]

Bir qisim mütəfəkkirlər, Tanrının varlığını və ya yoxluğunu müzakirə mövzusu etmədən, bu mövzulara uzaq dayanmağı seçmişlər. Bu cür ateistlərə görə insan, yalnız mövcud olanla kifayətlənməli, görünən aləmin kənarına maraq duymamalıdır. Başqa sözlə dünyanın kənarındakı hər hansı bir varlıq haqqında müsbət ya da mənfi bir mühakimədə olmağa ya da danışmağa çalışmaq mənasız bir iş etmək olacaq.

Neqativ və pozitiv ateizm[redaktə | əsas redaktə]

Corc H. Smitin klassifikasiyasına görə, ateizmin "neqativ ateizm" (və ya "zəif ateizm") və "pozitiv ateizm" (və ya "güclü ateizm") olaraq iki növü var.
Neqativ ateizm, tanrının var olmasını prinsip olaraq mümkün sayır, var olduğuna dair heç bir səbəb tapılmadığı üçün allahı inkar edir.
Pozitiv ateizm isə, tanrının varlığını, tanrı anlayışının özündə ziddiyyətlər daşıdığı və ya absurd olması səbəbilə mümkünsüz sayır.[3]
Neqativ ateizmdə bir iddia yoxdur, sadəcə bir rədd var. Pozitiv ateizmdə isə həm inkar, həm də qarşı iddia var. Pozitiv ateistin yanaşması "Tanrının var olması mümkün deyil" şəklindədir.
İkisi də nəticədə allah anlayışını inkar etmək nöqtəsində birləşdiyi üçün, "Ateizm" başlığı altında təsvir edilir, ikisinin ortaq nöqtəsi olan "tanrıya olan inamsızlıq" işlədilir. Çünki bu inamsızlığın səbəbi nə olursa olsun, istər dəlil çatışmazlığı, istər tanrı anlayışının anlamsızlığı və ya absurdluğu, istərsə tanrı anlayışı ilə heç vaxt qarşılaşmamış olmaq, hamısının ortaq nöqtəsi insanda ilahi inancının var olmamasıdır.
[/ltr][/size]

  • Ateizm 120px-Irreligion_map

     
  • Ateizm 120px-Minnesota_Atheists_Billboard

     
  • Ateizm 84px-Bezbozhnik_u_stanka_22-1929

     
  • Ateizm 120px-Descent_of_the_Modernists%2C_E._J._Pace%2C_Christian_Cartoons%2C_1922

     
  • Ateizm 81px-1922_Bezbozhnik_magazine_cover


Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения