Ağqoyunlular
Vikipediya, açıq ensiklopediya
[ltr]
[/ltr]
[td style="vertical-align: top; border-top-color: rgb(170, 170, 170); padding: 0.4em 0.6em;" align="center" colspan="2"]
Ağqoyunlular (1478)Paytaxt Diyarbəkir [3]
(1402-1468)
Təbriz [4]
(1468-1501)
Bağdad
(1500-1508) Böyük şəhərlər Ərzurum,İrəvan, Naxçıvan,Kərkük Dil(lər) Azərbaycan türkcəsi[5][6]
Fars dili [7] Din İslam(Sünni) [8] Pul vahidi Təngə [9][10] İdarəetmə forması Mütləq monarxiya Sülalə Bayandurlar [11] Bəy - 1340-1362 Turəli bəy(ilk) - 1444-1451 Cahangir bəy(son) Sultan[12] , Padşah [13] - 1451-1477 Sultan Həsən(ilk) - 1499-1508 Sultan Murad(son) Hazırki dövrdə
(Əhatə edib)
Azərbaycan
Türkmənistan
Türkiyə
Ermənistan
İran
Gürcüstan
İraq
Suriya
Rusiya
Küveyt
[size][ltr]
Ağqoyunlular — Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.[14]
Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.[15]
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.[16]
Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[17]
Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.[3]1508-ci qızılbaşlar tərəfindən ildə İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra [18] Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.
[/ltr][/size]
3Bəylik dövrü
3.1Qara Yuluq Osman bəy (1403-1435)
3.1.1Əmir Teymur və Qazi Bürhanəddin ilə münasibətlər
3.1.2Məmlüklərlə münasibətlər
3.1.3Qaraqoyunlularla münasibətlər
3.2Əli bəy (1435-1438) və Həmzə bəy (1438-1444)
3.3Cahangir Mirzə (1444-1451)
4İmperiya dövrü
4.1Uzun Həsən (1451-1477)
4.1.1Qaraqoyunlu və Teymuri dövlətləri ilə münasibətlər, Muş döyüşü
4.1.2Osmanlı dövləti ilə münasibətlər
4.1.3Məmlüklərlə münasibətlər
4.1.4Gürcüstan yürüşləri
4.2Sultan Yaqub (1478-1490)
4.3Sultan Baysunqur (1490-1492) və Sultan Rüstəm (1492-1497)
5Süqutu
6Ordu
7Dövlət quruluşu
7.1Divan
7.2Vergilər və torpaq sahibliyi
8Mədəniyyət
9Qeydlər
10İstinadlar
11Ədəbiyyat
12Həmçinin bax
13Xarici keçidlər
[size][ltr]
Əsas məqalə: Bayandur eli
Əsas məqalə: Bayandur (tayfa)
Ağqoyunlular hələ erkən orta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu , Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar.[19]
Ağqoyunlular Oğuzların Bayandur boyuna mənsub idilər. Adları türkdilli qaynaqlarda “Bayandur xan oğlanları”, farsdilli qaynaqlarda isə “Bayanduriyyə” olaraq verilir.[20]Qədim türk dilində "Bayandur" sözü “Dayim nemətlə dolu olan yer” mənasına gəlir.Bayandur adı, Oğuz xanın oğullarından Göy xanın ən böyük oğlu Bayandurdan gəlir. Ağqoyunlular özlərini Bayandur xanın nəslindən sayırdılar.
Həmzə bəy dövründə Bayandur damğası, Ağqoyunlu sikkələrinin üzərinə vurulurdu. Uzun Həsən və xələfləri dövründə Bayandur damğası yenə dövlətin əlaməti olaraq sikkələrin üzərinə vurulurdu. Ağqoyunlu bayrağı və yazılarda da bu damğadan istifadə olunurdu.[21] Bayandurların damğası budur:[22][/ltr][/size]
Vikipediya, açıq ensiklopediya
[ltr]
[/ltr]
Ağqoyunlular آق قویونلو Dövlət-i Bayanduriyyə[1] İmperiya | |||||
1378 — 1503/1508[2] | → → |
Bayraq |
Ağqoyunlular (1478)
(1402-1468)
Təbriz [4]
(1468-1501)
Bağdad
(1500-1508)
Fars dili [7]
(Əhatə edib)
Azərbaycan
Türkmənistan
Türkiyə
Ermənistan
İran
Gürcüstan
İraq
Suriya
Rusiya
Küveyt
Ağqoyunlular — Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.[14]
Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.[15]
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.[16]
Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[17]
Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.[3]1508-ci qızılbaşlar tərəfindən ildə İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra [18] Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.
[/ltr][/size]
[ltr]
Mündəricat
[gizlə] [/ltr]- 1Bayandur sülaləsinin mənşəyi
- 2Quruluş dövrü
- 2.1Turəli bəy (1340-1362)
- 2.2Qutlu bəy (1362-1389)
- 2.3Əhməd bəy (1389-1403)
[size][ltr]
Bayandur sülaləsinin mənşəyi[redaktə | əsas redaktə]