Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Nuhun oğullarından törəyən xalqlar Empty Nuhun oğullarından törəyən xalqlar Вс Апр 30, 2017 5:14 pm

Məsh xidmətçisi
Məsh xidmətçisi
Yeni
Nuhun oğullarından törəyən xalqlar E96bff_862cbdf4c21c45e583fe9e5236cccfc2~mv2

Nuhun oğullarından törəyən xalqlar.
 
Daşqından sonra Nuhun 3 oğlundan xalqlar yarandı.Nuhun Böyük oğlu Samdan – asiyalılar, ortancıl oğlu Hamdan afrikalılar, Şimali və Cənubi Amerika, Avstraliya və  Şərqi Sibirin yerli xalqları, və kiçik oğlu Yafəsdən – Avropa, eləcə də dünyanın bütün xristian xalqları törədi.
 
Yafəsin oğlu Qomerdən (Kimmerdən)  – kimmerlər, germanlar, qallar, franklar, və baltlar, Aşkenazdan – German xalqları:almanlar, avstriyalılar, hollandlar, danimarkalılar, norveçlilər, isveçlilər, islandlar, ingilislər, isveçrəlilər, belçikalılar törədi.
Rifatdan – keltlər, Fuvaldan ruslar, Toqarmadan – friqiyalılar, fransızlar, keltlər (irlandlar, şotlandlar) törədi.Maqoqdan – skiflər törədi.
Madaydan Midiyalılar və digər İran xalqları  - iranlılar, baktriyalılar, soqdiyalılar, xorezmlilər, saklar, massaqetlər, skiflər, sarmatlar, əfqanlar, taciklər, bəluclar, kürdlər, talışlar, tatlar, osetinlər, gilanlılar, mazandaranlılar və s törədi.
Yafəsin Yavandan olan nəvəsi Elişadan – yunanlar törədi.Yafəsin oğlu Tuvaldan – İspaniyanın Roma işğallarına kimi olan: iber, və bask xalqları, Yafəsin başqa oğlu Meşekdən – slavyanlar, friqiyalılar, kappadokiyalılar, və Meşekin qardaşı Firasdan -  frakiyalılar, italyanlar, makedoniyalılar,  albanlar və bolqarlar törədi.
Yafəsin Qomerdən olan oğlu Tarşişdən – italyanlar, ispanlar, kilikiyalılar və s törədi.
 
Samın oğullarınndan biri olan Arpakşaddan – Xaldeylilər, Samın başqa oğlu olan  Elamdan – farslar törədi, sonradan Elama – İran deyildi.Aşşurdan – Aşşurlar, Luddan – Kiçik Asiyanın türklərə qədər olan əhalisi, Aramdan – aramlılar, Samın nəvəsi  Everdən ibranilər, Samın nəslindən 10-cu kişi olan İsmaildən - ərəblər, İsmailin qardaşı oğlu Yəqubdan İsraillilər törədi.Samın nəticəsi Yoqtandan – efioplar, yəmənlilər.Samın Aramdan olan nəvəsi Usdan- suriyalılar, başqa nəvəsi Xuldan – ermənilər, Geterdən – baktriyalılar törədi.
 
Hamın Xuşdan olan nəvəsi Sevadan – efioplar, kuşitlər, ximyaritlər, sabilər və yəmənilər, Miçraimdən – misirlilər (koptlar), Futdan – liviyalılar, mavrlar və bərbərlər, Kənandan – finikiyalılar, xetlər, keçmiş İsrail ərazisində yaşayan xalqlar törədi. Hamın Kuşdan olan nəvəsi Raamadan – Liviyalılar, Mavritaniyalılar, Kuşun 6-cı oğlu olan Nəmruddan – Babillilər, şumerlilər, akkadlılar törədi.Hamın oğlu Misraimdən olan ludlulrar Şimali qərbi Afrikanın yerli  ərəb olmayan əhalisidi. Misrailmdən olan anamlılar  - anameylərin, mariotların və Cənubi Misirin yerli əhalisidi.Hamın oğlu Misraimdən olan Lehavlılar – Liviyanın, Əlcəzairin, Misraimdən olan Naftuhlular – orta Misirin, patroslular – Kipr adasının, Yuxarı Misirin, kaftorlular – qədim Fələstinin, kasluhlular – Şimali Afrikanın etnik əhalisidir.Hamin Kənandan olan oğlu Sidondan – finikiyalılar, Xetdən – xetlilər, keçmiş Kiçik Asiyanın və Şimali Suriyanın etnik əhalisi törədi.Yevuslular – Yerusəlimdə və ətrafında yaşayan İsrailə qədər olan xalqdır.Emorlular – Suriyanın, İraqın, Şərqi İordanın etnik əhalisi, Xevlilər (Evey) – qədim Livanın, Arqlılar – Suriyanın, Sinlilır – finikiyalılar, Ervadlılar – Suriyanın dəniz sahili etnik əhalisi. Xamatlılar – orta Suriyanın etnik əhalisi olub.
 
Çox təəsüf ki, qıyıqgöz millətlərin həmçinin də türklərin kimdən törədiyi məlum deyil.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения