Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Mattanın nəql etdiyi Müjdənin izahı Empty Mattanın nəql etdiyi Müjdənin izahı Ср Май 03, 2017 3:57 pm

Sevgi
Sevgi
Yeni
MATTA 1:1 
1 İsa Məsihin nəsil şəcərəsi.

Dinlərin əksəriyyəti öz müqəddəs kitabları əsasında qurulub. Biz məsihilər isə heç bir kitaba qulluq etmirik, lakin misilsiz Şəxsə – bəşər olmuş Allah Kəlamına iman edirik və Onunla sıx əlaqə qururuq. Mattanın yazdığı kitab uydurma hekayələrə bənzəmir. O, qəribə bir ruhun diktə etdiyi sözləri yazmayıb, qeyb aləmindən gələn səslər eşitməyib. O sadəcə olaraq həddən artıq çox sevdiyi, ehtiram etdiyi və ardınca getdiyi Nazaretli İsanın həyat və təlimini təsvir edib. Mattanın əsəri, İsanın tarixi şəxsiyyəti barədə şəhadətdir və o, İsanı gerçək olaylar vasitəsilə Padşah, Məsih, Rəbb və Xilaskar olaraq təqdim edir.
Bu əsərin yunan mətninin başlandığı "nəsil şəcərəsi" sözləri "mənbə, törənmə, gəlmə, həyat boyunca inkişaf etmə" mənasına gəlir. İsanın bu dünyada doğulması mövcudiyyətinin başlanğıcı deyil idi, çünki O əzəldən var Olandır. Onun varlığı doğum və ya ölüm ilə məhdud deyildir. O yaşayır, çünki O Allahın Ruhudur, izzətlidir, əbədi olaraq Allahla var Olandır. O, Rəbbin Özüdür!
Nazaretli İsanın müxtəlif adları var idi. O Özünə Bəşər Oğlu, dünyanın nuru, dünyaya həyat verən Allahın çörəyi deyirdi. Düşmənlər Onu atası olmayan uşaq kimi həqarətlə "Məryəm oğlu" adlandırırdılar. Şagirdlər isə Ona "Müəllim" deyirdilər. Lakin Onun əsil adı ibranic dilində "Yeşua" idi, ərəb məsihiləri də Onu indiyədək "İsa" deyil, "Yesua" adlandırırlar. İsanın adı qarşısında cinlər lərzəyə, mələklər isə şövqə gəlirlər. Allahın iradəsinin məqsədi bu adın içindədir; bu hərflər vasitəsilə səmavi qüvvə işləyir. Biz də təvazökar şərhimizi öz adımızla deyil, bəşər olmuş Allahın Ruhu olan Rəbb İsanın adı ilə başlayırıq.
"İsa" ismi ibranicə Müqəddəs Kitabda 950-dən artıq dəfə işlənib, bu da onun bütün başqa isimlərdən daha çox mühüm olduğunu göstərir.
DUA: Ya Rəbb İsa, Sən əzəli və yaşayan Rəbsən! Sən bəşər olmusan ki, biz Sənin həyatında Allahın qüdrətini görək, sözlərindən Müqəddəs Ruhun qüvvəsini alaq. Cəhalətimizi, qabiliyyətsizliyimizi bizə bağışla! Bizi nurlandır ki, biz Sənin varlığını dərk edək, Sənə iman edək, Sənin ardınca gedək, şəhadətimiz, əməllərimiz, həmdlərimizlə müqəddəs "İsa" adına ehtiram edək!
SUAL:


  1. Niyə məsihi imanlı müəyyən bir kitaba bağlanmır, lakin İsanın Şəxsi ilə əlaqəyə girir?

2Mattanın nəql etdiyi Müjdənin izahı Empty Re: Mattanın nəql etdiyi Müjdənin izahı Ср Май 03, 2017 4:01 pm

Sevgi
Sevgi
Yeni
MATTA 1:1 
1 … İsa Məsihin …

İsanın dövründə yəhudilər artıq min il idi ki, vəd olunan Məsihin gəlişini gözləyirdilər. Allah onların əcdadlarına, padşah və peyğəmbərlərinə vəd etmişdi ki, onların arasında xalqın böyük Padşahı olacaq Adam gələcək. O, bəşəri təbiətlə yanaşı ilahi təbiətə də malik, Yaradanın qüdrəti ilə dolu olacaq və hakimiyyətinin sonu olmayacaq (2Şam. 17:12-15; Yeş. 9:7).
Torpağı Romalıların əlinə keçəndən sonra yəhudilər onları düşmən müstəmləkə boyunduruğundan azad edəcək olan Məsihin gəlişini daha böyük şövqlə gözləyirdilər. Onlar gələcək Məsihin qılınc gücü ilə yer üzündə Allahın Padşahlığını quracağını, Yerusəlim şəhərini dünyanın mərkəzi edəcəyini, ölüləri dirildəcəyini və millətlər üzərində hökm sürəcəyini ümid edirdilər.
Müjdəçi Matta öz kitabının ilk cümləsində həlim gənc adam Nazaretli İsanın vəd olunan Məsih olduğunu yazması ilə hazır olan ürəklərdə imanı, inadkar ənənəpərəstlərdə isə kini alovlandırdı. Məsihi gözləyənlər arasında İsanın Allahın Ruhunun təcəssümü olduğunu dərk edən sidq ürəkli insanların hamısı imanla İsanı qəbul etdilər. Lakin yəhudilərin əksəriyyəti İsanı rədd edən başçılarından nümunə götürərək Onu rədd etdilər. İsa dünyəvi silah gücü ilə gəlməmişdi, buna görə də xalq Onu çarmıxa çəkdirdi. Matta xalqın və başçıların nifrətinə əhəmiyyət vermədən cəsarətlə həqiqətə şəhadət etdi və İsanı "Allahın vəd etdiyi Məsih" adlandırdı. "Məsih" sözü Əhdi-Cədiddə 550-dən artıq dəfə işlənib.
"Məsih" İsanın adı deyil, vəzifəsini bildirən tituldur. Məsih dedikdə, müqəddəs Ruhun dolğunluğu ilə məsh olunmuş Şəxs nəzərdə tutulur. Əhdi-Ətiqdə padşahlar, kahinlər, peyğəmbərlər təqdis yağı ilə məhs edilirdi. İsanın Şəxsində ilahi Padşah, əsil Baş Kahin və qurban edilən Allah Quzusu birləşmişdir. Əslində, İsa başqa peyğəmbərlər kimi Allahdan ilham almış Kəlam gətirməyib, çünki O Özü bəşər olmuş Allah Kəlamıdır. Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Bəs sən Onun qəbul edirsən, yoxsa rədd edirsən?
DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə edirik, çünki Sən Allahın göndərdiyi Padşahsan və sadiq Kahinimizsən! Sən bizim ürəklərimizi Öz sülh Padşahlığına gətirdin. Adını və ruhani səlahiyyətini anlamağı bizə öyrət ki, biz Sənin həyatını, həlimliyini, təvazökarlığını tanıyaq və əqlən dəyişərək Padşahlığına layiq olaq!
SUAL:

  1. "Məsih" titulunun İsaya aid olan mənası nədir?

3Mattanın nəql etdiyi Müjdənin izahı Empty Re: Mattanın nəql etdiyi Müjdənin izahı Ср Май 03, 2017 4:02 pm

Sevgi
Sevgi
Yeni
MATTA 1:1 
1 … Davudun Oğlu... olan İsa Məsihin …

Davudun kim olduğunu hər yəhudi bilir. Çünki yəhudilər Davudun məzmurlarını (Zəbur) əzbərləyib dini bayramlarında xüsusi tərzdə oxuyurlar. Zəbur kitabında Allahın məhəbbətini, qayğısını həmd və şükür dolu sözlərlə tərənnüm edən məzmurlar olduğu kimi, şöhrət qazanmış padşahın günahlarını etiraf etdiyi tövbə məzmurları və düşmənlərindən xilas etməsi üçün Rəbbə yalvardığı məzmurlar da vardır.
Davud kim idi? Davud hələ çox gənc yaşda bir çoban ikən Rəbb onu seçib qədim xalqının padşahı olaraq təyin etdi. Davud hələ o illərdə ehtiyatla, cürətlə, inamla sürüsünün qayğısına qalmağı öyrəndi. Ayılarla, şirlərlə vuruşdu. Ovçuluğu və musiqi alətlərdə çalmağı öyrəndi. Gənc yaşında Allahın qüdrəti və köməyi ilə azman Qolyatı məğlub etdi. Padşah Şaul Davuda şöhrət gətirən qəhrəmanlığına görə paxıllıq etdi.
Davud filiştlilərin yanına qaçıb Şaul intihar edənə qədər onların himayəsində qalmağa məcbur oldu. Bundan sonra Davud Xevronda padşahlıq qurdu və yeddi il orada hökm sürdü. B.e.ə. 1004-cü ildə vəziyyət yaxşılaşanda Davud Yerusəlimi fəth etdi və onu öz xalqı üçün paytaxt elədi. Padşahlığının bu yeni mərkəzinə əhd sandığını da gətirən Davud Yerusəlimi yəhudi sivilizasiyasının mərkəzi elədi. Habelə qanlı müharibələr apararaq, yavaş-yavaş bütün düşmən qonşularını məğlub etdi.
Davud var-dövlət və şöhrət əldə etdikdən sonra öz şəhvətinə təslim olub zina etdi və yoxsul adamı öldürtdürüb "bircə quzusunu" əlindən aldı. Lakin Allahın hökmünü eşidən kimi tövbə ilə cavab verdi. Allah Davudun səmimi tövbəsini qəbul etdi, günahını açıqca etiraf edən padşahı bağışladı. Günah nəticəsində dünyaya gələn körpə öldü, çünki günah və bərəkət bir damın altında qala bilməz. Ondan sonra Davud öz günahlarına görə çox əziyyət çəkdi, onun uşaqları da günah edib ona qarşı qalxdılar, hətta Davud qocalığında bir oğlundan qaçaraq canını xilas etməyə məcbur oldu. İordanın o biri tayına qaçan Davud yalnız üsyankar oğlu Avşalomun ölümündən sonra geri qayıtdı.
O qorxulu illərdə Davud çox dua etdi və Allaha yaxınlaşdı. Məhz o illərdə o Müqəddəs Ruhdan ilham alaraq gözəl həmd ilahiləri və ağla sığmayan peyğəmbərliklər yazdı. Davud bir çox məzmurlarında gələcək Məsihdən xəbər verir. Lakin Davuda ən çox təsir edən peyğəmbərlik Müqəddəs Ruhun onun ürəyində yazdığı vəd idi ki, onun gələcək nəslində elə bir övlad doğulacaq ki, Allah Özü onun Atası olacaq (2Şam. 17:12-15; 1 Pah. 17:11-14). Bu heyranedici vəd, Məsihin Davudun Olğu olacağına dair etiqadın əsasını qoyur.
Müjdəçi Matta öz Müjdəsinin ilk cümləsində İsanı nəinki Məsih adlandırdı, hətta Davudun nəslindən olduğunu qeyd etdi, çünki İsa doğulanda vəd olunan əzəli Padşah olacağı artıq müəyyən olunmuşdu.
DUA: Ey müqəddəs Allah, Sənin yolların gözlərimizin önündə müəmmalıdır. Lakin vədlərindən hər biri mütləq yerinə yetiriləcək! Sən bizi xüsusi bir üstünlüyümüzə görə deyil, böyük mərhəmətin ilə seçmisən. Təqsirlərimizə görə bizi rədd etməmisən, lakin biz ürəkdən tövbə edəndə bizi təmizləmisən. Bizə kömək et ki, biz qürurumuzu sındıraq, günahlarımıza görə tövbə edək, hər şəri rədd edək və Sənin pak Ruhunun qüvvəsi ilə əqlən müqəddəs olaq!
SUAL:
[list="color: rgb(0, 0, 0); font-family: Arial, Helvetica, sans-serif; font-size: 14.6667px; background-color: rgb(255, 255, 255);"]
[*]Niyə İsa "Davudun Oğlu" adlandırılıb?

[/list]

4Mattanın nəql etdiyi Müjdənin izahı Empty Re: Mattanın nəql etdiyi Müjdənin izahı Ср Май 03, 2017 4:05 pm

Sevgi
Sevgi
Yeni
MATTA 1:1 
1 … Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi.

Yəhudilər İbrahimə ehtiram edirlər, çünki Allahın bir qrup insanla münasibəti İbrahimdən başladı. Allah İbrahimi İkiçayarasındakı məskənini tərk etməyə çağırdı, o sivilizasiyadan ayrılmağı, dostlarıyla ünsiyyətdən, qohumlarının himayəsindən imtina etməyi əmr etdi. Allah İbrahimi yurdsuz bir bədəvi elədi. İbrahim Rəbbin əmrinə təslim olub bütün imanlılar üçün nümunə oldu. Allah seçdiyi bu adama başlanğıcdan vəd etdi ki, nəslini göy ulduzlarının və dənizdəki qum dənələrinin sayı qədər çox edəcək və bütün xalqlar onun nəslindən xeyir-dua alacaqlar (Yar. 12:2, 7; 13:16; 15:5, 18).
İbrahim bu torpağın yiyəsi olmadığına və heç bir övladının olmadığına baxmayaraq, Rəbbin vədlərinə inandı. Beləcə İbrahim bütün imanlıların atası oldu.
Lakin o imanda sadiq qalsa da, sınağa düşdü. Allahın ona övlad verəcəyini gözləmədi, bu işi tələsdirmək istədi və arvadının qarabaşı "misirli Həcər"i də özünə arvad aldı. Həcər İsmaili dünyaya gətirdi. İbrahimin bə səbirsiz hərəkəti gələcək nəsillərə xeyli çox əzab-əziyyətlər vermişdir.
On üç illik sükutdan sonra Allahın İbrahimə rəhmi gəldi. Müqəddəs Allah İbrahimlə əhd bağlayanda, İbrahimin artıq doxsan yaşı var idi. Allah ona sünnət əlamətini verdi və qocalığına baxmayaraq ona seçilmiş oğlu verəcəyini vəd etdi. İbrahim Allaha inandı, təbiətin qanunlarına baxmayaraq Onun vədini həqiqət kimi qəbul etdi. O zaman Yaradan Saranın qısır bətnində çoxdan gözlənilən varisi – İshaqı yaratdı. Allah ilə İbrahim arasında o qədər yaxın münasibətlər var idi ki, Allah onun Sodom və Homorra şəhərləri üçün vəsatətçiliyini qəbul etdi və İbrahimə "Allahın dostu" (Xəlil Allah) adını verdi. Allah imanlıların atası olan İbrahimi sınaqdan keçirdi. İbrahimin öz oğlu İshaqı Ondan daha çox sevib-sevmədiyini görmək üçün İbrahimə İshaqı qurban olaraq təqdim etməyi əmr etdi. Sədaqətli İbrahim Allahın əmrinə əməl etdi və Rəbbi çox sevdiyinə görə əziz uşağını qurban verməyə hazırlaşdı. Bu yolla İbrahim bizi sevən və xilasımız üçün Öz Oğlunu əsirgəməyən Allaha bənzər oldu. O zaman Allah İbrahimə sadiq qalacağına və bütün dünyanın İbrahimin nəslindən xeyir-dua alacağına dair and içdi (Yar. 22:12, 16; Quran 37:102-114).
Həvari Paul öyrədirdi ki, "İbrahimin nəsli" ifadəsi bir adama aiddir, yəni İbrahimin nəsli yalnız Məsihdir (Qal. 3:16). Çünki bütün xalqlar Məsihdə və Məsih vasitəsilə xeyir-dua alırlar. Lakin Matta öz Müjdəsində İsanın "İbrahimin Oğlu" olduğunu yazdığı zaman, yəhudilərin böyük əksəriyyəti vəd olunmuş bu Oğulu rədd edib çarmıxa çəkdirmişdilər. Müjdəsinin ilk cümləsində Matta şəhadət edir ki, həm İbrahimin nəsli, həm də hamımız yalnız Allahın seçdiyi İsa vasitəsilə xeyir-duaya nail oluruq. Bu vəd Ona aiddir. Əziz oxucu, biz də yalnız Onun vasitəsilə Allahın dolğunluğunu qəbul edirik.
DUA: Sənə səcdə edirik, ey müqəddəs Olan, çünki Sən pis adamları seçirsən. Sən onları öz salehliyinə, imanına görə deyil, Sənin lütfünə və mərhəmətinə görə qəbul edirsən. Bizə kömək et ki, canlı imanımız olsun və biz Ruhda İbrahimin övladları olaq. Qoy biz Sənin Oğlun İsada bizə bəxş edilən kamil xeyir-duaya şərik olaq!
SUAL:
[list="color: rgb(0, 0, 0); font-family: Arial, Helvetica, sans-serif; font-size: 14.6667px; background-color: rgb(255, 255, 255);"]
[*]Necə olur ki, İsa eləcə də İbrahimin Oğludur?

[/list]

5Mattanın nəql etdiyi Müjdənin izahı Empty Re: Mattanın nəql etdiyi Müjdənin izahı Ср Май 03, 2017 4:05 pm

Sevgi
Sevgi
Yeni

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)



MATTA 1:2 
2 İbrahimdən İshaq törədi …

Müjdəçi Matta öz Müjdəsini yəhudilər və əslən yəhudi olan məsihilər üçün yazdı. Buna görə o ilk əvvəl İsanın tam nəsil şəcərəsini yazdı və İsanın nəsli etibarilə həqiqətən Məsih olduğunu təsdiq etdi, çünki İsanın varlığı doğuluşundan başlamadı.
Allah İbrahim ilə xilas yoluna zəmin yaratdı. İbrahimə öz oğlu İshaqı qurban verməyi əmr edərək Allah xilas planında qurbanın zərurətinə işarət etdi. Bu zərurət İsa Məsihin çarmıxa çəkilməsi ilə təqdim etdiyi unikal qurbanda tamamlandı. Vədin varisi İshaq kiçikliyindən Allah qorxusu və Allaha tam təslim ilə tərbiyə edildi. Dua edən adam oldu. Evlənməsi Rəbbin adı ilə baş verdi, tarlalarında bol bərəkət oldu. O, həlim adam idi, iki quyusunu barışmaz çobanlara verdi və özü yeni quyu qazdı. O öz məhəbbəti ilə düşmənlərinə qalib gəldi, təvazökar və itaətkar olaraq yaşadı və Allah Özü ona görünüb İbrahimlə bağladığı əhdin İshaqa da aid olduğunu təsdiq etdi. İbrahimin ailəsi içində davranışları ilə ən çox İsaya bənzəyən İshaq idi (Yar. 24:63; 26:6-7, 12-13, 22).
Lakin İshaq atasının etdiyi günahlara bənzər bir günaha yol verdi: qadın düşkünü düşmənlərinin qorxusundan öz arvadını "bacısı" kimi təqdim etdi (Yar. 26:6-7). Bundan başqa, oğlu Esavı Yaqubdan çox sevirdi, bunun ucbatından arvadı Yaqubla əlbir olub, İshaq və Esavdan gizli olaraq İshaqın atalıq xeyir-duasının Esava deyil, Yaquba verilməsini təşkil etdilər. Bu yolla Yaqub İsanın xeyir-dualı nəsil şəcərəsinə daxil olub.
DUA: Səni ucaldırıq, Sənə həmd edirik, ey göyün və yerin Rəbbi, zira Sən iman atalarına, zəifliklərinə baxmayaraq, həmişə sadiq qalmısan! Məhəbbətin nəsillər boyunca davam edir. Biz inanırıq ki, Sən bizi Məsihdə seçmisən və nöqsanlarımıza baxmayaraq, böyük lütfünlə bizi daşıyırsan!
SUAL:

6Mattanın nəql etdiyi Müjdənin izahı Empty Re: Mattanın nəql etdiyi Müjdənin izahı Ср Май 03, 2017 4:06 pm

Sevgi
Sevgi
Yeni
MATTA 1:2 
2 … İshaqdan Yaqub törədi …

İsanın nəsil şəcərəsini oxuyan adam başa düşür ki, İncil Tövrat əsasında yazılıb. Buna görə evin qapısından girmədən qonaq otağına gəlmək mümkün olmadığı kimi, bu nəsil şəcərəsini öyrənmədən İncili anlamaq da qeyri-mümkündür.
Yaqub hələ doğulmazdan əvvəl Allah onu xeyir-duanın varisi olaraq təyin etmişdi (Yar. 25:24-28). Lakin Yaqub səbirlə dua edərək vədin yerinə yetirilməsini gözləmədi; tələsdi və anası ilə əlbir olub ilk oğulluq xeyir-duasını aldı. Qardaşı qəzəblənib qisas almaq istəyirdi və Yaqub evdən qaçmaq məcburiyyətində oldu. Yaqubun yalançı olmasına baxmayaraq, yolda Allah ona göründü və bütün dünyanın onun vasitəsilə xeyir-dua alacağını söylədi. Yaqub bu röyanın mənasını anlamadı. Ancaq göylərə çatan nərdivanı görəndə və Rəbbin dediyi sözləri eşidəndə vahiməyə düşdü və iman etdi. Nəhayət o İkiçayarasına gəlib çatdı. Dayısı Lavanın sürülərini otaran çoban oldu və bu işdə yenə hiylə işlətdi. Buna görə dayısı da onu dəfələrlə aldatdı: Yaqubu söz verdiyi qızından başqası ilə evləndirdi və yalnız illər sonra Yaqub çox istədiyi qızı ilə evlənə bildi. Yaqub illər uzunu dayısı üçün işlədi. Ağır zəhmət və əziyyətlə dolu neçə-neçə illərdən sonra Yaqub atalarının torpağının həsrətini çəkdi. O qayıdan yolda Allah onun qarşısında əngəllər törətdi və onunla vuruşdu, çünki vətəninə qayıdan Yaqubun əvvəlki kimi qürurlu olmasını istəmirdi, qəlbi sınmış və tövbə etmiş bir adam olmasını istəyirdi. Yaqub Allahla vuruşdu və bu ruhani mübarizə nəticəsində onun hiyləyə öyrəşmiş zehni dəyişdi – Yaqub dua edən həlim imanlı oldu və Allah ona yeni ad verdi – "İsrail"; bu adın mənası "Allahla mübarizə edən və imanla qalib gələn" deməkdir. Beləcə Allah bu yalançı adamın həyatında Öz məqsədlərinə nail oldu və onun ruhunda xilas olmaq arzusunu yetişdirdi və Yaqub İsanın dünyaya gəlişini sanki uzaqdan gördü.
Yaqubun göylərə qalxan və göydən yerə xeyir-duanı gətirən mələklər haqqında röyası Məsih ilə gerçəkləşdi (Yar. 32:30-31; 48:15-16; 49:18; Yəh. 1:51).
DUA: Ey müqəddəs Rəbb, Sən canımın yalana, hiyləyə, qürura nə qədər meyilli olduğunu bilirsən. Bütün təqsirlərimi bağışla və pis niyyətlərimi dağıt və qoy mən qəlbi sınıq halda Sənin salehlik yolunda yeriyim! Qürurumu qır, necə ki Yaqubun qəlbini sındırdın, qoy mən də Sənin lütf Padşahlığın üçün dua edən və mürarizə aparan bir imanlı olum!
SUAL:

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения