Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Almaniya İmperiyası  Empty Almaniya İmperiyası Вс Апр 30, 2017 8:50 am

Azərbaycanlı
Azərbaycanlı
Yeni

Almaniya İmperiyası və Birinci dünya müharibəsi

Almaniya İmperiyası  220px-Map-DR-Prussia.svg

Almaniya İmperiyasının (1871–1918) xəritəsi. Prussiya krallığı göy rəngdə göstərilib.

1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü.
Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Похожие темы

-

» Sasanilər İmperiyası

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения