Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

PATRIOT
PATRIOT
Современные азербайджанские писатели

Zulfiya
Zulfiya
Yeni
Наверное вы знаете много детских стихов на азербайджанском языке? Может, какие-то помните с детства, может, читаете своим детям... Пожалуйста, напишите, то, что нравится вам.

S.T.R.A.T.E.Q.
S.T.R.A.T.E.Q.
Тanış
Zulfiya пишет:Наверное вы знаете много детских стихов на азербайджанском языке? Может, какие-то помните с детства, может, читаете своим детям... Пожалуйста, напишите, то, что нравится вам.
Səyadulla Kərimli

YAĞMURUN KÖLGƏSİ

Əllərində oyuncaq
Həyətdə gəzdi Yağmur.
Arxasınca sürünən
Kölgədən bezdi Yağmur.

Yorulub hirsli-hirsli,
Soruşdu ki,ay ana,
Kimdi dalımca gəzən,
Məni başa salsana…

Anası gülüb dedi:
-Günəş sənə baş qoşub,
Tək darıxarsan deyə-
Kölgəni yoldaş qoşub…

***

BALAŞ BƏ SAAT

Yuxusundan oyanır gün,
Hər tərəfə boylanır gün.
Saat yenə zəngi vurur,
Yatağından Balaş durur…

Acıqlanır o saata:
-Qoymayırsan məni yatam!
Bax, oyatma bir də məni.
Sındıraram yoxsa səni…


***

TAPMACALAR

Cox sürətlə yeriyən
Ayaqlarım var.
Həmişə cox tələsən
Qonaqlarım var.
Ancaq küçələrim yox,
Binalarım yox,
Yer altında şəhərəm,-
Deyin mən nəyəm?
(ortem)

***

Rənglərimi deyimmi?-
Qırmızı,yaşıl,sarı,
Küçədə durmuşam ki,
Nizamlayım yolları…
(rofqışi)

***

Yerim düzənlik,meşə,
Sevilərəm həmişə.
Toplar məni uşaqlar,
Torpağı eşə-eşə.
Başımda papağım var,-
Məni sən axtaranda
Payızda,yazda axtar.
(kələbög)

***

Mənsiz heç zaman yeməzlər xörək,
Ancaq qədərin biləsən gərək.
(zud)

***

Çox uzun quyruğum var,
Yerin altdadır yuvam.
Çox yeri mən gəzərəm,
Hər nə görsəm kəsərəm.
Əlimdən sağ qurtarmaz
Heç bir yeşik,ya kisə.
Ən qorxulu düşmənim,-
Ancaq pişikdir mənim.
(naçis)

***

Bir az itə oxşaram,
Ancaq ki,yırtıcıyam.
Gözlərim bir cüt fanar
Qorxduğum şeylər də var.-
Çoban,tüfəng,bir də od,
Bəs sevdiyim şey nədir?-
Ah,doğrudan bilmirsiz?-
O da ki,qoyun,quzu…
(ravanac)

***

Tikanlarımla bir-bir
Dalayaram hamını.
Ancaq buna baxmazlar
Dərərlər,doğrayarlar,
Məndən dadlı qovurma,
Kətə hazırlayarlar.
(nəkticig)

***

QƏLƏMİ ELƏ TUT Kİ…

Qaralama dəftəri,
Mənim Asudə qızım.
Heç vaxt belə tələsmə
Hər işdə sən gəl,quzum.

Bax, bu qələm -al götür,
Bu da kağız-istəsən.-
Qələmi elə tut ki,
Düzgün yaza biləsən…

***

NƏRGİZ KİTAB OXUYUR

Bu il məktəbə gedir
Bizim balaca Xumar.
Amma onun bacısı,
Nərgizin üç yaşı var.

Xumar dərs oxuyanda
Nərgiz gəlir yaxına.
Qapının arxasında
dayanıb baxır ona.

Götürür kitabları,
Dizinin üstə qoyur.
Öz-özünə danışır,
Elə bilir oxuyur.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения