[size=42]“SpaceX” təyyarə və gəmiləri internet ilə təmin edəcək peyki buraxdı
Amerikanın “SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi orbitə “Inmarsat-5 F4” peykini çıxarıb. Bu peyk digər peyklər ilə birgə yüksəksürətli təyyarələri və gəmiləri internetə çıxış ilə təmin edəcək.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
“Falcon 9” Florida ştatında Kanaveral burnunda yerləşən kosmodromdan buraxılıb.
“Inmarsat-5 F4” “Global Xpress” qrupunun su, hava və yerdə sürətli interneti təmin etmək üçün buraxılmış dördüncü peyk olacaq.
“Boeing” korporasiyası tərəfindən istehsal edilmiş “Inmarsat-5 F4” peykinin çəkisi altı tondan ağırdır. Bu, “Falcon 9”-un indiyə qədər orbitə çıxardığı ən ağır yükdür.
N.О.[/size]