Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Sarıqamış döyüşü Empty Sarıqamış döyüşü Вт Май 02, 2017 12:20 pm

Azərbaycanlı
Azərbaycanlı
Yeni
Sarıqamış döyüşü
Vikipediya, açıq ensiklopediya


[th]Sarıqamış döyüşü[/th][th]Münaqişə tərəfləri[/th][th]Komandanları[/th][th]Tərəflərin qüvvəsi[/th][th]İtkilər[/th]
Rus–Osmanlı müharibələri‎
Sarıqamış döyüşü 300px-Makinali_T%C3%BCfek
[th]Tarix[/th][th]Yeri[/th][th]Nəticəsi[/th][th]Ərazidəyişikliyi[/th]
1914-cü il dekabr-1915-ci il yanvar
Sarıqamış
Osmanlı İmperiyası məğlub oldu
Qafqaz cəbhəsi
Sarıqamış döyüşü 22px-Ottoman_flag.svg Osmanlı İmperiyasıSarıqamış döyüşü 22px-Flag_of_Russian_Empire_for_private_use_%281914%E2%80%931917%29.svg Rus İmperiyası
Sarıqamış döyüşü 22px-Ottoman_flag.svg Ənvər Paşa
Sarıqamış döyüşü 22px-Ottoman_flag.svg Hafiz Haqqı Paşa
Sarıqamış döyüşü 22px-Flag_of_Russian_Empire_for_private_use_%281914%E2%80%931917%29.svg General Vorontsov
Sarıqamış döyüşü 22px-Flag_of_Russian_Empire_for_private_use_%281914%E2%80%931917%29.svg Nikolay Yudeniç
90,00060,000
Döyüşdə 60.000. ölü və yaralı
don vurmadan 12.000 ölü
Döyüşdə 30.000 ölü və yaralı
don vurmadan 18.000 ölü

Sarıqamış döyüşü 20px-Hourglass.svg Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
[size][ltr]

Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş hərbi münaqişə.

[/ltr][/size]
[ltr]

Mündəricat

  [gizlə] [/ltr]


[size][ltr]

Tarix[redaktə | əsas redaktə]

[/ltr][/size]
Sarıqamış döyüşü 200px-Battle_Sarikamis_winter_gear

Sarıqamışda ordu qış geyimində



[size][ltr]
Dünya savaşında Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşa hazırladığı plana əsasən Sarıqamışa iki istiqamətdən -Sarıqamış və Allahuəkbər dağlarından hücum edərək Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.
Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edir. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.
1915-ci il dekabrın 16-da "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb yanan Osmanlı hərbi komandanı Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi, 34 yaşlı Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir. Lakin Ənvər paşa razılaşmır. Beləliklə, 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində əməliyyatlar başlayır və Ənvər paşa müəlliminə "Dərhal hərəkətə keçib rus ordusunu məhv etməlisiniz!" əmrini verir. Sözlərinə etina edilmədiyini görən Hasan İzzət paşa savaşa girməkdən imtina edərək istefa verir.
125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış ordu dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də var idi. Canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. Tarixçilər bu mənzərəni belə ifadə edirdilər: "Altı əsrlik qoca Osmanlı ölüm növbəsində idi".
Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi.
1915-ci il yanvarın 18-idi. Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazdı. Sarıqamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrildi... Soyuqdan bir-birinə sarılanlar elə bu vəziyyətdəcə ölmüşdülər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir qurşun belə işlətmədən istəklərinə nail olmuşdular.

Döyüşdən sonra[redaktə | əsas redaktə]

Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun kismi küllisi mahvoldu".

Nəticə[redaktə | əsas redaktə]

Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.
Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.

Mənbə[redaktə | əsas redaktə]

[/ltr][/size]
[size][ltr]

Xarici keçidlər[redaktə | əsas redaktə]

[/ltr][/size]
[size]
Kateqoriyalar
[/size]

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Похожие темы

-

» Otluqbeli döyüşü

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения