Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Barbarlar Empty Barbarlar Вт Май 02, 2017 12:05 pm

Ahmed çavuş
Ahmed çavuş
Yeni
Barbarlar
Vikipediya, açıq ensiklopediya


Barbarlar 220px-Germaniae_antiquae_libri_tres%2C_Plate_17%2C_Cl%C3%BCver

Filipp Klüverin Germania Antiqua (1616) əsərindən "German döyüşçüləri" təsviri
[size][ltr]
Barbarlar (yun. bάrbαroilat. barbariçin. 華夷之辨 – yadellilərəcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərinUzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yabançı olan başqa tayfa və xalqlara verdikləri addır.

[/ltr][/size]
[ltr]

Mündəricat

  [gizlə] [/ltr]


[size][ltr]

Tarixi[redaktə | əsas redaktə]

Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi
[/ltr][/size]
Barbarlar 331px-Routes_of_the_barbarian_invaders%2C_5th_century_AD

Barbarların eramızın V əsrində yürüş marşrutu
[size][ltr]
mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır[1].
[/ltr][/size]
Barbarlar 220px-Dying_gaul

"Boyanmış Qaul" əsəri, Kapitoli muzaeyi, Barbarlar 22px-Flag_of_Italy.svg İtaliyaRoma
[size][ltr]

Avropa dəmir dövrü[redaktə | əsas redaktə]

Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu. Qədim Romada (daha sonralar, imperiya dövründə) bu termin dövlətdən kənar yaşayan xalqlara aid edilib tətbiq olunurdu. Beləliklə, arxeoloji mənada "Barbar" termini antik dünya dövründə mövcud olmuş, amma o vaxtın sivilizasiyalarının dairəsinə daxil olmamış xalqlar üçün "dəmir əsri" termininə sinonim olmuşdur:
[/ltr][/size]

[size][ltr]

Xalqların böyük köçü[redaktə | əsas redaktə]


Əsas məqalə: Xalqların böyük köçü

[/ltr][/size]
Barbarlar 250px-Hunlar.

Hunlar
[size][ltr]
Xalqların böyük köçü II əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə slavyanyaların Elbadaxorvatlar və serblərin müasir Bosniya və Dalmaçiyada məskunlaşması ilə nəticələnir.[2] Şimaldan, qərbdən və Baltikyanı ərazilərdən böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü, köçəri türklərin axınına rast gəldilər. Bu iki cərəyan toqquşdu, qarışdı və güclü bir axının tərkibi oldu. Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etməyə başladı, bir müddət sonra bu proseslərə slavyan tayfaları da cəlb olundular.[3] Qərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər, Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər. Dneprdən qərbdə hunlar ostqotlara hücum etdilər. Kral Qermanirix öz qoşununu hunlara qarşı apardı.
[/ltr][/size]
Barbarlar 220px-Hunlar_v%C9%99_avropal%C4%B1lar

Hunlar və avropalılar
[size][ltr]
Onların ordusu darmadağın edildi və kral döyüşdə həlak edildi. Ammian Marsellinin məlumatına görə isə o intihar etmişdir. Qara dəniz çöllərindəki hadisələr vestqotlardan da yan keçmədi. Vestqot hökmdarı Atanarix hunların hücumuna müqavimət göstərməyi qərara aldı və öz qoşununu Dnestr çayının qərb sahilində cəmləşdirdi. Xəbərdarlıq etmədən hunlar gecə ikən çayı keçib Atanarixin düşərgəsinə hücum etdilər. Vestqotlar hücumun qarşısını ala bilmədilər və Seretə çəkildilər. Xalqın böyük hissəsi imperiyada sığınacaq tapmağı qərara aldı; Atanarix və onun tərəfdaşları Olteriyanı keçib Kaukalanda getdilər. Patça görə Kaukaland Maros, Tissa və Dunay çayları arasında yerləşən Banatın dağlıq hissəsi
[/ltr][/size][size][ltr]
idi. Təqribən 376-cı ildə cənubi Rusiyada böyük bir regionun hakimləri hunlar idi. 384-cü ilin yazında hun atlıları Norikum və Raetiyadan Qalliyaya keçdilər. 395-ci ildə hunların böyük orduları Don çayını keçərək cənub-şərqə döndülər, Qafqazdan keçib Ermənistanın cənub-qərbinə, Roma əyalətlərinə və İrana hücum etdilər. Bir qrup hunlar Anti-Taurusdan cənuba və qərbə tərəf olan ölkələri qarət etdilər. Onlar Fərat çayını keçəndə romalılar hücum edib onları məhv etdi. Digər qrup, Basiç və Kursixin rəhbərliyi ilə Dəclə və Fəratın vadiləri ilə Stesifona tərəf getdilər. Fars ordusunun onlara tərəf gəldiyini eşitdikdə geri döndülər, lakin onlar məhv edildi, digər dəstə isə Azərbaycana qaçdılar, Xəzər qapılarından keçərək cənubi rus çöllərinə üz tutdular. Üçüncü qrup Şərqi Kiçik Asiyanı və Suriyanı qarət etdi.[4] Erkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar hun ittifaqında birləşmişdilər. Bu ittifaqa bir çox türk etnosları, o cümlədən kəngərpeçənəqbulqarqıpçaqsabirutiquronoqurxəzərtürk, uz, heptal, barsil tayfaları daxil idi. Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin sakinləri olmuşlar. Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı.[5] Beləliklə, qısa zamanda Ural dağlarından Dunay çayınadək əraziləri ələ keçirən hunlar Avropada öz dövlətlərini qurdular. Pannoniya (müasir Macarıstan) bu dövlətin mərkəzinə çevrildi. "Xalqların böyük köçü" VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. Yeni eranın başlanğıcında onlar digər tayfalarla birlikdə antik quldarlıq sistemini məhv etmiş, Avropa tarixinin yeni səhifəsinin yazılmasında mühüm rol oynamışdılar.[6]

Çinlilər və barbarlar[redaktə | əsas redaktə]

Şərqi Asiyanın klassik mədəniyyətində çinterizm ideologiyasının formalaşmasına təsir etmiş konseptual bir fərqdir. Şan (e.ə. 1700-1027-ci illər), Qərbi Çjou (e.ə. 1027-771-ci illər), Şərqi Çjou (e.ə. 770-221-ci illər), Sin və Xan, Szin (265-420-ci
[/ltr][/size]
Barbarlar 142px-Tianxia_zh-hant.svg

Mərkəzi hakimiyyət və barbar krallıqlar (Barbarlar 22px-Flag_of_the_People%27s_Republic_of_China.svgÇin)
[size][ltr]
illər), Tsin (1644-1912-ci ilər) dövrlərində barbarlar Çin ərazisində geniş yayılmışdılar. Çinlilər, əsasən, monqolları "tatarlar" (Tar-tar) adlandırıb barbar hesab edirdilər.

Barbar qanunnamələri[redaktə | əsas redaktə]

Barbar qanunnamələri (lat. Leges barbarorumQərbi Roma imperiyası ərazisində dövlətlərini yaratmış german tayfalarının adət hüquqları aktları V-IX əsrlərdə tərtib olunmuşdur. Vestqot, Burqund, Saliça, Ripuar, Aleman, Bavar, Sakson, Anqlosaks və s. qanunnamələri məlumdur. Barbar qanunnamələri (Anqlosaks qanunnaməsindən başqa) latınca yazılmış və onlara Roma hüququnun müəyyən təsiri olmuşdur. Barbar qanunnamələri kral və hersoqların təşəbbüsü ilə yazılmış, formalaşmaqda olan feodal sinfinin imtiyazlarını möhkəmləndirmişdi. Əsasən, prosessual, cinayət hüququnu tənzim edən Barbar qanunnamələrində xüsusi və bəzi ümumi hüquq normaları var. Barbar qanunnamələri Qərbi Avropada meydana gələn ilk feodal dövlətlərinin ictimai quruluşunu öyrənmək üçün çox mühüm mənbədir. Onlarda tayfa qurluşundan feodalizmə keçid dövrünün müxtəlif mərhələsi müşahidə olunur. Barbar qanunnamələri xarakterinə görə "Əkinçilik qanunu"na, şəriət qanunlarına və s.-yə yaxındır. Feodalizm quruluşunun möhkəmlənməsi ilə Barbar qanunnamələri əhəmiyyətini itirmişdir[7].

Gündəlik nitqdə[redaktə | əsas redaktə]

Hal-hazırda bu söz çox dillərdə tamamilə nominaldır və tez-tez gündəlik həyatda istifadə edilir, ancaq nəzərdə tutmaq lazımdır ki, düzgün sözün işlənməsi, "vəhşi, vəhşilər" terminilə bu ifadəni qatışdırmağa icazə vermir.

Hindistanda[redaktə | əsas redaktə]

Hindistanda başqaların nümayəndələri, indo-ari mədəniyyətləri "mleççha" adlandırırdılar.

Çində[redaktə | əsas redaktə]

Çinlilər monqolları "tatarlar" (tar-tar) adlandırırdılar. Tarixin müxtəlif dövrlərində Çində Avropa görünüşünün əcnəbiləri üçün müxtəlif müraciətlər və ya anlayışlar yerli sakinlər tərəfindən istifadə olunurdu, amma bugünkü Çində əksər hallarda eşitmək olar: "Xellou, laovay!".

Yaponiyada[redaktə | əsas redaktə]

"Yad xalqlar" (həqiqət, gizli "vəhşiliklər" mənası ilə) anlayışı Yaponiyada da mövcuddur (nambandzin).

Barbarlıq termini[redaktə | əsas redaktə]

XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüsonun irəli sürdüyü və XVIII-XIX əsrlərdə Avropa elmində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, mədəniyyət) orta mərhələsini bildirmək üçün qəbul edilmiş termindir. L.Morqan bu bölgünü daha da əsaslandırmışdır. Onun fikrincə, barbarlıq dulusçuluğun yaranması dövründən başlayıb, yazının meydana gəlməsi ilə qurtarır. F.Engels "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində bu bölgünün şərtiliyini göstərməklə onu qəbul etmişdir. F.Engelsə görə barbarlıq erkən maldarlıq və əkinçilik dövrüdür, barbarlığın aşağı pilləsi qəbilə quruluşunun inkişafı, yuxarı pilləsi isə ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətin yaranması ilə xarakterizə edilir.
Hazırda tədqiqatçıların əksəriyyəti L.Morqanın cəmiyyətin inkişafı haqqındakı bölgüsündən istifadə etmirlər və müasir elmdə ibtidai icma tarixinin yeni bölgüsü işlənib hazırlanır[8].

İstinadlar[redaktə | əsas redaktə]

[/ltr][/size][list=references]
[*]Jump up↑ Tarixi, Azərbaycan Sovet Ensiklopediyası, II cild, səh. 27

[*]Jump up↑ Xalqların böyük köçü

[*]Jump up↑ Yürüşün genişlənməsi

[*]Jump up↑ Gedişat

[*]Jump up↑ Köçə daxil olan türk tayfaları

[*]Jump up↑ Nəticə

[*]Jump up↑ Barbar qanunnamələri, Azərbaycan Sovet Ensiklopediyası, II cild, səh. 27

[*]Jump up↑ Barbarlıq termini, Azərbaycan Sovet Ensiklopediyası, II cild, səh. 27

[/list]

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения