II Sarqon
Vikipediya, açıq ensiklopediya
II Sarqon (sağdan) özünün vəliəhdi Sinaxxeriblə (soldan)[size][ltr]
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah") — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu.
B. e. ə. 714-cü ildə Sarqon Urartu üzərinə yürüşə gedərkən iki şah arasında müqavilə imzalanır. Şahlar müəyyən olunmuş yerdə görüşürlər və Ullusunu Sarqonun qoşununa döyüş atları, mal-qara və digər hədiyyələr verir. Sarqon əvəzində Urartuya güzəştə gedilmiş Manna torpaqlarını da almaqı Ullusunuya və'd verir. Assuriya çarı Ullusununun şərəfinə ziyafət düzəldir. Bu ziyafətdə Ullusunu Sarqondan aşağı yerdə əyləşdirilsə də, onun oturduğu yer atası İranzunun vaxtilə əyləşdiyindən yuxarıda idi. Sarqonun səlnaməçiləri bu barədə onun dilindən yazırlar: "Mən onların ağasına, şahına, Ullusunuya süfrə açdım. Onu öz atası, valideyni İranzudan yuxarıda oturtdum, onu yüksəltdim."İqor Dyakonovun fikrincə, bu, Mannanın müttəfiq dövlət kimi etiraf olunmasına bərabər idi. II Sarqon Urartu ilə müharibəni davam etdirir. Ullusunu öz müttəfiqinə hər cür yardım göstərir. Urartu qoşunları sarsıdıcı məğlubiyyətə uğrayırlar. Sarqon tutduğu əski Manna qalalarını Ullusunuya qaytarır. Sarqonun qoşunları Urartunun paytaxtına qədər irəliləyir, bir çox şəhərləri viran qoyur və xeyli qənimət ələ keçirirlər. Urartu şahı I Rusa bu məğlubiyyətinin biabırçılığına dözə bilməyərək, intihar edir, Sarqon Ullusunuya 22 qala və iki möhkəm-ləndirilmiş şəhər bağışlayır. Urartunun məğlubiyyətindən sonra Ullusunu vaxtilə itirilmiş Manna vilayətlərini geri qaytarmaq uğrunda müharibəyə başlayır və uğurlar qazanır. Manna öz yüksəlişinin zirvəsinə çatır. Assuriya bu dövləti özünün bərabərhüquqlu müttəfiqi kimi qəbul edir. II Sarqonun vəfatından sonra Ullusunu hətta Assuriyanın da bir sıra torpaqlarını ələ keçirir.
Vikipediya, açıq ensiklopediya
II Sarqon (sağdan) özünün vəliəhdi Sinaxxeriblə (soldan)
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah") — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu.
Hakimiyyəti[redaktə | əsas redaktə]
Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. 0, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən AssuriyaManna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər. Ullusunu tabe olmaqdan başqa yol görmür. Elə bu vaxt II Sarqon Ullusunuya bir məktub göndərir. Burada Ullusunudan tələb edilir ki, "öz hörmətli aqsaqqalları, qoşun başçıları, məsləhətçiləri, tayfasının özəyi olan adamlar, canişinləri və ölkəsini idarə edən digər rəhbərlərlə birliklə onun qarşısına çıxsın". Bundan əlavə həmin məktubda Ullusunudan "öz böyük oğlunu qiymətli hədiyyələrlə" Sarqonun yanına göndərməsi də tələb olunur. Ullusunu II Sarqonun şərəfinə yazılmış bir daş sütun ucaldır. Sarqon dönüklüyünü Ullusunuya bağışlayır və onu öz taxtından məhrum etmir.B. e. ə. 714-cü ildə Sarqon Urartu üzərinə yürüşə gedərkən iki şah arasında müqavilə imzalanır. Şahlar müəyyən olunmuş yerdə görüşürlər və Ullusunu Sarqonun qoşununa döyüş atları, mal-qara və digər hədiyyələr verir. Sarqon əvəzində Urartuya güzəştə gedilmiş Manna torpaqlarını da almaqı Ullusunuya və'd verir. Assuriya çarı Ullusununun şərəfinə ziyafət düzəldir. Bu ziyafətdə Ullusunu Sarqondan aşağı yerdə əyləşdirilsə də, onun oturduğu yer atası İranzunun vaxtilə əyləşdiyindən yuxarıda idi. Sarqonun səlnaməçiləri bu barədə onun dilindən yazırlar: "Mən onların ağasına, şahına, Ullusunuya süfrə açdım. Onu öz atası, valideyni İranzudan yuxarıda oturtdum, onu yüksəltdim."İqor Dyakonovun fikrincə, bu, Mannanın müttəfiq dövlət kimi etiraf olunmasına bərabər idi. II Sarqon Urartu ilə müharibəni davam etdirir. Ullusunu öz müttəfiqinə hər cür yardım göstərir. Urartu qoşunları sarsıdıcı məğlubiyyətə uğrayırlar. Sarqon tutduğu əski Manna qalalarını Ullusunuya qaytarır. Sarqonun qoşunları Urartunun paytaxtına qədər irəliləyir, bir çox şəhərləri viran qoyur və xeyli qənimət ələ keçirirlər. Urartu şahı I Rusa bu məğlubiyyətinin biabırçılığına dözə bilməyərək, intihar edir, Sarqon Ullusunuya 22 qala və iki möhkəm-ləndirilmiş şəhər bağışlayır. Urartunun məğlubiyyətindən sonra Ullusunu vaxtilə itirilmiş Manna vilayətlərini geri qaytarmaq uğrunda müharibəyə başlayır və uğurlar qazanır. Manna öz yüksəlişinin zirvəsinə çatır. Assuriya bu dövləti özünün bərabərhüquqlu müttəfiqi kimi qəbul edir. II Sarqonun vəfatından sonra Ullusunu hətta Assuriyanın da bir sıra torpaqlarını ələ keçirir.