Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

azəri məsihi
azəri məsihi
Yoldan keçən
İncil və Quranın bir birinə olan ziddiyyəti barədə suallar E96bff_c12b67ae7d9d48df99bc48bab33be7a3

İncil və Quranın bir birinə olan ziddiyyəti barədə suallar.
 
İnsanın xoşbəxt olması üşün ona bu dünyada həqiqi Təlimə malik olması vacibdir, insan düzgün imanda olmasa o heç vaxt xoşbəxt ola bilməz.Həqiqi imanda olmaq insana həm bu dünyada xoşbəxtlik bəxş edər, həm də axirətdə əbədi behişt həyatı.Yer üzündə Tək Allahda inanan 3 din, və saysız-hesabsız çoxallahlığa inan bütpərəst dinlər və təlimlər var.Bu dinlərdə olanların əksəriyyəti öz dininin doğru olmasına şübhə belə etmir.Ağıllı adam bütpərəst dinlərə heç zaman inanmaz, çünki o yalan dinlərin qanunları, bizim ürəyimizə Həqiqi Allah tərəfindən yazılan qanunlarla zidd gəlir.Ona görə də bütpərəstliyi ataq bir kənara.
Tək Allaha inanan 3 təlim var:
1 Yəhudilik - hansı ki, 3600 il bundan əvvəl yaranıb.
2 Məsihilik - təxminən 2000 il bundan əvvəl yaranıb.
3 İslam - yaranıb təxminən 1400 il bundan əvvəl.
Bu təlimlərdən hansı doğrudu və ya digərindən üstündür? Gəlin görək bu haqda bu təlimlərin özləri nə deyir.Yəhudilik həm Məsihiliyi, həm də İslamı rədd edir, və bu dinlərin Allahdan olmasına inanmır.
Məsihilik Yəhudiliyin Allahdan olmasını təkzib etmir, lakin Yəhudilikdə xilasın olmasını təkzib edir, buna görə də Məsihiliyin yaradıcısı olan İsa Məsih yəhudiləri Öz Təliminə dəvət edirdi və Cəhənnəm atəşindən olan qurtuluşun ancaq Onun Təlimində olmasını bəyan edirdi.İsa Məsih nəinki yəhudiləri, hətta bütün dünyanı Öz Təliminə dəvər edirdi.Məsihilik özündən sonra yaranacaq hər bir təlimi, dini əvvəlcədən rədd edir, və Tanrı Kəlamı başqa müjdə yayanı ləhnətləyir və Cənnətə yalnız İsa Məsihin Təliminə malik olanların girəcəyini bildirir.
İslam dini həm Yəhudiliyin, həm də Məsihiliyin Allahdan olmasını bildirir, lakin İslamı onlardan daha üstün sayır, həm də o dinlərin Müqəddəs Kitabları olan Tövratın və İncilin təhrif olmasını bildirir, lakin Quranın təhrif oluna bilməməsini deyir.
Yəhudilərə nazil olan Tövratda İsa Məsih haqda yüzlərlə öncədemələr olduğunu yəhudilərin özləri də bilir, onlar Məsihin gəlişinə inanırlar, lakin İsanı həqiqi Məsih saymırlar.İsa Məsih möcüzələrilə göstərdi ki, o Həqiqi Məsihdir.Müsəlmanlar da İsa Məsihin Allahın peyğəmbəri olmasına inanırlar, ona görə də Yəhudiliyi qoyaq bir kənara və keçək Məsihiliyə və İslama.
Hansı təlimdə qurtuluş vardır? İki təlimə də eyni zamanda inanmaq mümkün deyil, çünki ikisinin qanun kitabları olan İncil və Quran arasında böyük ziddiyətlər var.Məsələn İnciliə görə İsa Allahın Oğludur, və O bütün insanların günahları üçün ölüb və dirilib.Lakin Quran bunu dönə-dönə təkzib edir.Hansı müsəlmana bu ziddiyətlər barədə danışanda, deyir İncil təhrif olunub.Vəziyyət elədir ki, əgər Quran Allahdandırsa, İncil təhrif olunub, yox əgər İncil təhrif olununmayıbsa, deməli Quran Allahdan deyil.İncilə görə Allahın Kəlamını dəyişdirmək mümükün deyil, Allah Kəlamı deyir Yer və göy aradan getsə də Sözlərim əsla ardan getməyəcək,  təhrifat barədə əvvəlki məqalələrimi oxu.Bəs İncil təhrif olunmayıbsa Quran kimdəndir?
Quranın kimdən olmasını bilmək üçün başlanğıca getmək lazımdır.İslamın peyğəmbəri olan Məhəmməd tez-tez bir mağaraya gedərmiş, onun orada kimə ibadət etməsi məlum deyil, lakin bir gün, bir qüvvə ona görünür, özünü mələk Cəbrayıl adlandıraraq ilk Quran ayələrinin Məhəmməddən oxumasını istəyir, o buna razı olmaq istəməyəndə həmin qüvvə onu boğmağa başlayır, və üç dəfə boğandan sonra Məhəmməd onun dediklərini təkrar edir, və ilk Quran ayələri belə nazil olunur...
1 ci Sual. Sual yaranır, niyə həmən, özünü mələk Cəbrayıl adlandıran qüvvə adamı boğmağa başlayır? Axı o doğrudan da Allahdan gələn mələk idisə, deməli boğma və zor işlətməsi də Allahın göstərişi idi, çünki hər bir  mələk Allahın göstərişindən kənara çıxmaz.Mən Adəmdən tutumuş - Məsihə kimi olam 4 minillik peyğəmbərlərin tarixini oxumuşam, lakin Allahın bir insanı boğduraraq özünə peyğəmbər seçməsini görməmişəm.
2-ci sual, niyə həmin mələk Allah Kitabı olan İncilin əleyhinə Kitab gətirdi? Axı Allah, hələ Qurandan 580 il əvvəl başqa müydə təbliğ edəni ləhnətləmişdi.
3-cü sual, nyə Allah bir mələk vasitəsilə Kitab nazil etdi, axı buna kimi Allah Taala 1600 il ərzində 77 kitab nazil edib, lakin bunların heç biri mələk vasitəsilə nazil edilməyib, o kitablar Allahın Müqəddəs Ruhu vasitəsilə qələmə alınıb! Əslində İslam haqda suallar bitmir, lakin ən birinci bu üç suala cavab tapmaq lazımdır, çünki bu başlanğıcdı.
4-cü sual, əgər Quran Allahdandırsa, niyə O özündən əvvəlki Kitabların təhrif edildiyini bildirir? Axı Allah Kəlamı İncildə bildirmişdi ki, Allah Kəlamını təhrif etmək mümkün deyil.
5-ci sual, İncildə yəhudiləri Məsihiliyə çağıran Allah, niyə 580 il sonra İslama dəvət edir? Axı Allah qurtuluşun Məsihilikdə olduğunu bildirmişdi.
6-cıı sual, İslam dini Allahdandırsa niyə o qılınc gücünə yayıldı? Məsihiliyi sevgi və möcüzələlə yaradan və yayan Allah, İslamı da belə yaya bilməzdimi?
7-ci sual, and içməyin (istər həqiqi and olsaun, istər yalan, dəxli yoxdu) Şeytandan olduğunu bildirən Allah niyə İslamda da bunu insanlara bildirmədi?
8-ci sual, İncildə Müqəddəs Ruhu qəbil etməyin insan üçün vacib sayan Allan, niyə də bunu Quranda bildirmədi? İncildə Allah Kəlamı Allahdan Müqəddəs Ruhu istəyin, O sizə verəcəkdir deyib, lakin Quranda bu barədə bir söz yazılmayıb.
9-cu sual, İncilə görə İsa Məsih göydən gəlib, və o yerdə doğulub ölən bütün insanların hamısından üstündü, lakin Quran deyir biz peyğəmbərlər arasında fərq qoymarıq.Quran Allahdandısa, bəs niyə o İsa Məsihin bütün peyğəmbərlərdən üstün olmasını demir?
10-cu sual, İncilə görə Cənnətdə intim əlaqə olmayacaq, lakin Qurana görə var. Quran Allahdandırsa niyə özündən əvvəl nazil olan Allah Kəlamının əksini yazır?
11-ci sual, İncildə düşmənlərinizi sevin, deyən Allah, Quranda insanları niyə cihada çağırır?
12-ci sual, İncildə zinakarı bağışlayan Allah, niyə Quiranda onun cəzalandırılmasını istəyir?
Əziz dostlar, imaninizi təhqir etmək fikrim yoxdu, sadəcə şübhə doğuran suallara cavab tapmağınızı istəyirəm.İncil təhrif olunub deyib, burda yazdıqlarımı bir kənara atmanız asandır, lakin Allahdan qorxun, hər şeylə maraqlanın, Allahı yaxından tanıyan, insan ürəyində ən qiymətli şey onun imanıdır, imanınız sizi ya əbədi həyata aparır, ya da əbədi ölümə, əbədi Cənnətdə yaşamaq istəyirsinizsə yazdıqlarımı düşünün, yan keçməyin.Allah köməyiniz olsun!
13-cü sual.Qurandan əvvəlki 77 kitabda Allahın heç bir peyğəmbəri Şeytanı ləhnətləmir, Tövratın Serax Kitabında Tanrı Kəlamı deyir ki, Şeytanı ləhnətləyən öz canına ləhnət oxuyur. İncildə ümumiyyətlə Allah Taala hətta insanları belə ləhnətləmiyi qadağan edir.Allah kəlamı deyir ki, ləhnət etməyin övladların, dua edilən ağızdan ləhnət çıxmalı deyil.Lakin, hamı bilir ki, İslamda bu belə deyil.İslam peyğəmbəri, imalar Şeytanı bir çox kərə ləhnətləyiblər.Ümumiyyətlə müsəlmançılıqda ləhnət etmək adi bir şeydir."Şeytana min ləhnət" - sözü xalqımızda dillər əzbəridir.Sual doğur, İncildə ləhnəti qadağan edən Allah niyə İslamda da qadağam etmədi?
14-cü sual.İncildə Cəhənnəm odlu göl kimi təsvir edilib, bəs niyə Quranda başqa cürə təsəvvür olunur?
15-ci sual. İncilə görə Cənnətin adı "Yeni Yerusəlim"dir, bu Sülh Şəhəri mənasını daşıyır.Quran Allahdandırsa niyə Behişt İncildəki kimi təsvir olunmur? Axı Allaha yaraşmaz bir Kitabında Cənnəti belə təsvir etmək, və başqa Kitabda tamam başqa cürə təsvir etmək.
16-cı sual.Köhnə İncildə mələklərlə cinlərin müharibəsi də təsvir olunub, lakin İslam bunu təkzib edir.Quran Allahdandırsa bəs niyə onadan əvəlki Kitabda yazılanı təəkzib edir.
17-ci sual.İncilə görə insalar mələkləri və cinləri görə bilərlər, bəs niyə Qurana görə yox?
18-ci sual.İncilə görə Allah insanlarda yaşamaq istəyir, lakin İslamda bu böyük küfrdü.Niyə?
19-cusual.İncildə İsa Məsih imanlılara Allahı "Ata" deyə çağırmağı deyir.Lakin Qurani-Kərimə görə bu küfrdü.Niyə?
20-ci sual.İncildə imanlıları "övladlarım" deyə çağıran Allah, Quranda niyə bunu təkzib edir?
21-ci sual.İncildə İsa Məsihi Zamanın Sahibi kimi göstərən, Onun gələcəkdə gəlişinini deyən, Qiyamətdə ölüləri diriltməsini, onları mühakimə etməsini və Cənnətdə Onun əbədi möminlərin hökmdarı olduğunu bildirən Allah Taala, niyə İslamda Mehdi ağanını Zamanın Sahibi olduğunu bildirir? Zamanın iki Sahibi ola bilməz.
22-ci sual.Tövrata və İncilə görə Allah cin deyilən ruhani varlıqlar yaratmayıb, Allah ruhani varlıqlardan yalnız mələkləri yaradıb, və Şeytanın ardınca gedən və Allaha üsyan edən mələklərə cin ruhları, zalım ruhlar və ya pis və şər ruhlar deyilir.Lakin Qurana götə Allah mələkləri yaratdığı kimi, cin deyilən varlıqlar yaradıbdır ki, bu Tövrat və İncillə zidd gəlir. Quranda deyilir "Cinləri və İblisi tüstüsüz oddan xəlq etmişdik".Quran Allahdandırsa, niyə Allah Qurandan əvvəlki kitablara zidd olan sözlər deyir?
23-cü sual.İncildə qisas almayın, Allaha tapşırın deyən Allah Kəlamı, niyə Quranda qisas
hökmü verir? Qisas hökmü sizin üçün vacib oldu deyir Quran.
24-cü sual.İncildə Allah Kəlamı deyir bir iman olacaq, Allah Tək olduğu kimi, iman da bir olmalıdır.Lakin Quran ayəsi bunun tamam əksini deyir, onda yazılıb "Biz istəsəydik sizi bir ümmət edərdik, lakin bu müxtəliflik Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür" Niyə Quran ayəsi İncildə yazılan Allah Kəlamı ilə zidd gəlir?
25-ci sual.Nə Tövratda, nə də İncildə "din" kəlməsi yoxdur, bi kitablarda Allah din yaratdığını heç vaxt demir, lakin Quranda Allah əzəldən din yaratdığını,həttda İbrahim peyğəmbərin də Allahın dinindən olmasını deyir.Bu da iki kitab arasında olan ziddiyyətlərdən biridir.İki kitab da Allahdandırsa, niyə bir-birilə zidd gedir?
26-cı sual.İncilə görə Allah Təkdir, və Allahla insanlar arasında olan vasitəçi də bir olmalıdır, ki, bu da İsa Məsihin Özüdür, lakin Quranda İsa, Allahla insanlar arasında yeganə vsitəçi kimi göstərilmir. Niyə?

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения