Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1 BABƏKİ MİLLİYYƏTİ Empty BABƏKİ MİLLİYYƏTİ Пн Май 01, 2017 11:18 am

---MİNGƏÇEVİRLİ---
---MİNGƏÇEVİRLİ---
 BABƏKİ MİLLİYYƏTİ 58395bf0e2ee9


BABƏKİ MİLLİYYƏTİ

Babək ya 795, ya da 798 –ci ildə anadan olub.Babəkin milliyətini bilmək üçün birinci növbədə sonralar Atropatena adlanan Manna xalqının tarixini öyrənmək lazımdı.Dövrümüzdə tarixçilərimizin çoxluğu mannalıların türkdilli olduğuna inansalar da, əslində bunun elə böyük sübutu yoxdu.Cənubi Azərbaycanda tapılmış bəzi qıyıqgöz heykəl və ya şəkillərin tapılması o demək deyil ki, mannalılar türkdilli olub.Mannadakı yer və insan adlarına və Mannanın coğrafi mövqeyinə nəzər salanda bu xalqın irandilli olmasına daha çox inanmaq olar.Mannalılar oturaq həyat sürüb, amma o dövrdə bütün türkdilli xalqlar köçəri olub.Türklər əzəldən Azərbaycan ərazisində yaşasalar da onlar burda heç vaxt çoxluq təşkil etməyiblər.Mannalılar şərqdə talışlar, qərbdə kürdlər, cənubda isə farslar və midiyalılar yaşayıb ki, bunların hamısı irandilli xalqlar olub.Həm  də Babəkin üsyana başlayan kimi özünə məhz bu “Babək” adını götürməsi onun irandilli olmasının daha bir sübutu olub.Sasanilər İran imperiyasının banisinin atasının adı  da Babək olub “Ərdəşir Babəkan” Məlum olur ki, Babək üsyana başlayanda məhz buna görə Babək adını özünə götürüb, çünki o öz xalqının bir vaxtlar qüdrətli imperiyası olan Sasanilər imperiyasını bərpa etmək istəyib.Əgər Babək türk olubsa niyə adı Həsən ola ola özünə keçmiş İran imperiyasının banisinin atasının adınını özünə götürüb? Sizcə bir rus çarı özünə Napoleon adını götürərdimi? Həm də, həm sasanilərin, həm də xürrəmilərin bayrağı qırmızı olub.Manna min il iran imperiyalılarının (Fars-Midiya, Parfiya, Sasani) tərkibində olub.Tarixi araşdırsanız görərsiniz ki, heç bir türk xalqı 1000 il əsarətdə olmayıb. Babəkin atasının adı Abdullah olub,  o Mədaindən Cənubi Azərbaycana köçüb.Mədain şəhəri İraqda Bağdaddan hardasa 32 km aralıda olub.Mədain (Ktezifon) uzun müddət İran imperiyalarının paytaxtı olub.O şəhərdə bir çox millətlər: ərəblər, yunanlar, aşşurlular yaşasa da farslar çoxluq təşkil edirdilər.Babəkin atasının hansı millətdən olması dəqiq bilinməsə də, iranlı olması ehtimalı böyükdür.Çünki, Mədain bir İran şəhəri olub.Amma adından da göründüyü kimi o müsəlman olub.O da Cənubi Azərbaycana gəlib burda yağ satırmış, və Ərdəbil yaxınlığında olan  Bilalabad kəndində Babəkin anası Bərumənd ilə tanış olub evlənir və ondan da Babək və qardaşı doğulur.Həm də qəribədir ki, Babəkin qardaşının da adı Abdullah olub.Demək ki, bəzi tarixçilər adları səhv salıblar.Atasının oğluna öz adını qoyması inandırıcı deyil.Bəzi tarixçilər atasının adının Matr olduğunu deyir, bu daha  çox inandırıcıdı.Çünki o, İran şəhərindən gəlib, ehtimal ki, fars olub.Demək ki, müsəlman olmaya da bilər.Amma Babəkin anasının müsəlman olmasa da çox inandırııcıdır.Çünki övladlarına müsəlman adlarını Babəkin ana  tərəfi ehtimal ki qoyub.Bəzi rəvayətlərə görə də, Babək xilafətə qarşı bir neçə üsyan qaldırmış ərəb olan Əbu Müslimin qızı Fatimənin övladlarından olub.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Похожие темы

-

» BABƏKİ ALLAH SEÇİB?

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения