Uzun Həsən
Vikipediya, açıq ensiklopediya
[th]1453 — 1478[/th]
[th]Sələfi:[/th]
[td style="vertical-align: top;"]Cahangir Mirzə(Tayfa başçısı kimi)
Cahanşah Həqiqi (Sultan kimi) [th]Xələfi:[/th]Sultan Xəlil [th]Təvəllüdü:[/th]1423
Diyarbəkir[1] [th]Vəfatı:[/th]6 yanvar 1478
Təbriz[1] [th]Atası:[/th]Cəlaləddin Əli bəy [th]Anası:[/th]Sara xatun [th]Həyat yoldaşı:[/th]Dəspinə xatun [th] Vikianbarda əlaqəli mediafayllar: Uzun Həsən[/th]
[size][ltr]
Uzun Həsən — Ağqoyunlu dövlətinin (1468-1503/1508) banisi, sərkərdə və dövlət xadimi. Bayandur tayfasından idi. Uca boylu olduğuna görə "Uzun Həsən" ləqəbini almışdı.
[/ltr][/size]
4Ailəsi
5Poçt markası üzərində
6İstinadlar
7Xarici keçidlər
[size][ltr]
[/ltr][/size]
Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti 1453 - 1478[size][ltr]
Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında o yazır:
[/ltr][/size]
1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı, Ağqoyunlu dövləti onu əvəz etdi.
Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə Fateh II Mehmet tərəfindən Konstantinopol işğal olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir – sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər.
Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır. Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini – Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər.
Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmet oğlu şahzadə Bayazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah Həqiqi öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmetə göndərir.[/ltr][/size]
Vikipediya, açıq ensiklopediya
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır |
Uzun Həsən | |
Ağqoyunlu dövlətinin I Sultanı |
[td style="vertical-align: top;"]Cahangir Mirzə(Tayfa başçısı kimi)
Cahanşah Həqiqi (Sultan kimi)
Diyarbəkir[1]
Təbriz[1]
Uzun Həsən — Ağqoyunlu dövlətinin (1468-1503/1508) banisi, sərkərdə və dövlət xadimi. Bayandur tayfasından idi. Uca boylu olduğuna görə "Uzun Həsən" ləqəbini almışdı.
[/ltr][/size]
[ltr]
Mündəricat
[gizlə] [/ltr]- 1Həyatı
- 2Hakimiyyət uğrunda mübarizə
- 3Hakimiyyəti
- 3.1Trabzon məsələsi
- 3.2Qaraqoyunluların məğlub edilməsi
- 3.3Teymurilərin məğlub edilməsi
- 3.4Ağqoyunlu imperiyasının yaranması
- 3.5Uzun Həsənin islahatçılıq fəaliyyəti
- 3.6Osmanlı-Ağqoyunlu müharibəsi
- 3.7Otluqbeli döyüşü
- 3.8Uzun Həsənin Avropa dövlətləri ilə əlaqələri
- 3.9Uzun Həsənin şərq siyasəti
- 3.10Gürcüstan, Misir və Suriya yürüşləri
- 3.11Uğurlu Məhəmmədin üsyanı
[size][ltr]
Həyatı[redaktə | əsas redaktə]
Həsən bəy Bayandur 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52–ci babası olması göstərilir.[2][/ltr][/size]
Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti 1453 - 1478
Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında o yazır:
[/ltr][/size]
[size][ltr]"Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var."[3]
Hakimiyyət uğrunda mübarizə[redaktə | əsas redaktə]
1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Uzun Həsən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər gördü. XV əsrin əvvəllərində Ağqoyunlu tayfaları Qaraqoyunlu dövlətinin tərkibində idilər. Qaraqoyunlu dövlətinin daxili vəziyyətinin pisləşməsindən istifadə edən ağqoyunlu tayfalarının başçısı Uzun Həsən 1467-ci ildə Muş döyüşündə Cahanşahın başçılıq etdiyi Qaraqoyunlu qoşunlarını məğlubiyyətə uğratdı, Cahanşah Həqiqi öldürüldü, Uzun Həsən qələbəsini rəqiblərinə bildirmək məqsədilə Cahanşahın kəsilmiş başını Herata - Teymuri Əbu Səidə, oğlu Həsənəlinin başını isə İstanbula - II Mehmedə göndərdi.1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı, Ağqoyunlu dövləti onu əvəz etdi.
Hakimiyyəti[redaktə | əsas redaktə]
Trabzon məsələsi[redaktə | əsas redaktə]
Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi.Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə Fateh II Mehmet tərəfindən Konstantinopol işğal olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir – sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər.
Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır. Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini – Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər.
Qaraqoyunluların məğlub edilməsi[redaktə | əsas redaktə]
[/ltr][/size][size][ltr]Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmet oğlu şahzadə Bayazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah Həqiqi öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmetə göndərir.[/ltr][/size]