Həmzə Mirzə Səfəvi
Vikipediya, açıq ensiklopediya
[td style="vertical-align: top; border-top-color: darkgray; line-height: 0px;" colspan="2"] [th]Dini:[/th]Şiə İslam [th]Sülalə:[/th]Səfəvilər [th]Atası:[/th]Məhəmməd şah Xudabəndə [th]Anası:[/th]Məhdi Ülya
[size][ltr]
Həmzə Mirzə Səfəvi — Məhəmməd şah Xudabəndənin oğludur və Səfəvilər dövlətinin şahzadəsidir .
[/ltr][/size]
[size][ltr]
Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu. İlk əvvəl şahın düşmənləri məhv edildi. Onun 30 yaşlı bacısı Pərixan xanım fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan hiylə ilə ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi “yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının ilk günlərindən etibarən, onun arvadı Məhdi Ülya “tam əzəmət və müstəqilliklə dövlət və padşahlıq işlərini öz əlinə aldı”. Onun oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun”.
Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını işləyib hazırladılar. Bəziləri təklif edirdilər ki, Urmiya gölü yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi məqsədəuyğun saydı.
Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət etdi.
Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir Mirzə Salmanla Kürü küçərək, Şirvanı türklərdən azad etməyə gedəcəklər.
Qızılbaşlar Mollahəsənli deyilən yerdə osmanlılara qalib gəldilər. Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə “fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı. Lakin qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv idi. İsgəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya Dərbəndin alınmasında və Şirvanda qələbələrin möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar. Şərəfxan Bidlisi təqsiri bütövlükdə şahın arvadının üstünə yıxır: “Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə qayıtdı”. Qazi Əhmədin də şərhindən aydın olur ki, şahın arvadı “bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından alınmış əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə Salmanın və əmirlərin ardınca göndərdi. Bundan sonra onlar Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa çatdırılmamış və həll olunmamış qaldı”. Sonrakı hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına iş görən şah arvadının günahlarını təsdiq edir.
Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq on səkkiz yaşı var idi. O, böyük oğul, taxt-tacın varisi kimi dövlət işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi. İsgəndər bəy Münşiyə görə, təkəbbürlü və tündxasiyyət olan Həmzə Mirzə Şərab düşkünü idi. Qızılbaş əmirləri onun anası Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə Əmir xan Türkman Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onu özünə yaxınlaşdırmaq və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əasslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşıqarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz.
Türkman tayfasına düşmən olan saray adamlarından bir çoxu, xüsusən də şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir xanın şahzadə ilə yaxınlaşmasından narazı idilər. Onlar hər vasitə ilə bu dostluğu pozmağa cəhd göstərirdilər. Şahzadənin yaşıdları və həmpiyalələri olan Əliqulu bəy Fəth oğlu və İsmayılqulu xan Şamlı şahzadənin iştirak etdiyi qapalı dairədə Əmir xanın ünvanına böhtanlar yağdırmağa başladılar. Əmir xan Təbrizdə, şah iqamətgahının yanında qala tikdirdikdə isə bunu şah hakimiyyətinə qarşı onun üsyan etmək niyyəti kimi qələmə verdilər. Onlar həmçinin, heç də əsassız olmadan göstərdilər ki, Əmir xan, onun qohumları, yaxın adamlar Təbriz əhalisini amansız surətdə istismar edir, soyub talayırlar və bunun sayəsində zinət və var-dövlət içində üzürlər. Bu söhbətlər tədricən Həmzə Mirzəyə öz təsirini göstərirdi. Şahzadə Əmir xanı Azərbaycanın cənub hissəsinin hakimi vəzifəsindən kənar etmək qərarına gəldi. Onun ətrafında gəzən sözsöhbət və fitnə-fəsadları sezən Əmir xan özünün məğrur davranışı ilə vəziyyətini daha da ağırlaşdırdı. Həmzə Mirzə hiss etdi ki, Əmir xan onunla ünsiyyətdən kənara qaçmağa başlayır. Məsələn, Əmir xan şahzadənin təşkil etdiyi çövkən və qapaq əndazi oyunlarında işrirak etmədi. Bunun ardınca o, şahın Təbrizin Həsən padşah məscidində təşkil etdiyi aşura günü (məhərrəmin 10-u) dini mərasiminə də gəlmədi. Beləliklə, Əmir xanla Həmzə Mirzə arasında düşmənçilik münasibətləri yarandı. Əmir xan Həmzə Mirzənin göstərişi ilə tutuldu və Qəhqəhə qalasına salındı. Onun əmlakı isə müsadirə edildi. Fitnə-fəsadları ilə Əmir xanın vəzifədən getməsinə və həbsə alınmasına səbəb olmuş Əliqulu bəy Fəth oğlu Ustaclı Təbriz hakimi və Azərbaycanın cənub hissəsinin bəylərbəyi təyin edildi. Ustaclı və şamlı tayfalarının başçıları şahzadənin köməyilə yenidən türkman və təkəli tayfalarının feodallarını yüksək vəzifələrdən sıxışdırıb çıxararaq onların yerlərini tutdular. Bu hadisələr haqqında xəbər, həmin tayfaların başqa əyalətlərdəki feodallarını da ayağa qaldırdı. Kaşan hakimi Məhəmməd xan Türkman Həmədan hakimi Vəli xan Təkəlilə Əmir xanın düşmənlərinə divan tutmaq məqsədilə, Təbrizə hərəkət etmək barədə razılığa gəldilər.
Bunun ardınca hicri 993-cü ilin cümada əl-əvvəl ayında (1585-ci ilin mayında) Əmir xanın Qəhqəhə qalasında öldürülməsi türkman və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu. Qızılbaş tayfaları arasındakı təsvir edilən çəkişmələr və müharibə Səfəvilərin qüvvəsini və müdafiə qabiliyyətini qəti olaraq qırdı və türk qoşunlarının gələcək istilalarını asanlaşdırdı.[/ltr][/size]
Vikipediya, açıq ensiklopediya
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Həmzə Mirzə Səfəvi | |
Həmzə Mirzə Səfəvi — Məhəmməd şah Xudabəndənin oğludur və Səfəvilər dövlətinin şahzadəsidir .
[/ltr][/size]
[ltr]
Mündəricat
[gizlə] [/ltr]- 1Həmzə Mirzənin “ali divanın vəkili” təyin edilməsi
- 2Səfəvi-Osmanlı müharibəsində iştirakı
- 3Türkman və təkəli tayfalarının qiyamının başlanması
- 41585-ci ildə Təbriz şəhərinin Osman paşa qoşunlarından müdafiəsi
- 5Həmzə Mirzənin Təbrizdəki Osmanlı qalasını ələ keçirmək cəhdləri
- 6Türkman və təkəli əyanlarının qiyamı
- 7İstinad
- 8Həmçinin bax
[size][ltr]
Həmzə Mirzənin “ali divanın vəkili” təyin edilməsi[redaktə | əsas redaktə]
1578-ci ildə II Şah İsmayılın ölümündən sonra Qəzvin sarayında gərgin vəziyyət yaranır. Qızılbaş tayfaları (bir tərəfdən ustaclı və şamlı, digər tərəfdən, türkman və təkəli) arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaq vəziyyətə gəlir. Lakin vəzir Mirzə Salman və çox nüfuzlu, müdrik şəxs olan Xəlil xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəlirlər. Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri çağırılır. Burada türkman tayfasının qoca başçısı Əmir xanla ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın “barışdırılması” hadisəsi baş verir. İsgəndər bəy Münşinin təbirincə desək, onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tac varisi məsələsini həll etməyə başladılar. Bir çox namizədlər irəli sürülsə də (o cümlədən Məhəmməd Mirzənin oğulları olan 11 yaşlı Həmzə Mirzə Səfəvi və 9 yaşlı Abbas), iri tayfaların əmirləri Həmzə Mirzə Səfəvinin atası Məhəmməd Mirzənin namizədliyi üzərində dayandılar.Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu. İlk əvvəl şahın düşmənləri məhv edildi. Onun 30 yaşlı bacısı Pərixan xanım fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan hiylə ilə ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi “yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının ilk günlərindən etibarən, onun arvadı Məhdi Ülya “tam əzəmət və müstəqilliklə dövlət və padşahlıq işlərini öz əlinə aldı”. Onun oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun”.
Səfəvi-Osmanlı müharibəsində iştirakı[redaktə | əsas redaktə]
1578-ci ildə Səfəvilər və Osmanlı dövləti arasında vəziyyət gərginləşmişdi. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə Azərbaycanın cənub hissəsinə gəlməli və yerli qoşunların birləşərək “mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi. Dövlət işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin olduğuna əsaslanaraq) bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə gəldi. Burada, müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını işləyib hazırladılar. Bəziləri təklif edirdilər ki, Urmiya gölü yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi məqsədəuyğun saydı.
Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət etdi.
Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir Mirzə Salmanla Kürü küçərək, Şirvanı türklərdən azad etməyə gedəcəklər.
Qızılbaşlar Mollahəsənli deyilən yerdə osmanlılara qalib gəldilər. Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə “fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı. Lakin qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv idi. İsgəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya Dərbəndin alınmasında və Şirvanda qələbələrin möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar. Şərəfxan Bidlisi təqsiri bütövlükdə şahın arvadının üstünə yıxır: “Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə qayıtdı”. Qazi Əhmədin də şərhindən aydın olur ki, şahın arvadı “bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından alınmış əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə Salmanın və əmirlərin ardınca göndərdi. Bundan sonra onlar Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa çatdırılmamış və həll olunmamış qaldı”. Sonrakı hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına iş görən şah arvadının günahlarını təsdiq edir.
Türkman və təkəli tayfalarının qiyamının başlanması[redaktə | əsas redaktə]
Həmin dövrdə bütün Şirvan və Çuxursəəd vilayəti osmanlı qoşunlarının əlində idi. Şah hökuməti bütün qüvvələri səfərbərliyə alıb, düşmən basqınının dəf olunmasını təşkil etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin qarşısını almaq əvəzinə, hicri 993 (1585)-cü ilin qışında və yazında öz vaxtını Təbrizdə fitnə-fəsadlara və əyləncələrə sərf etdi. Təbriz vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin yanında Əmir xanın nüfuzunu xeyli artırdı.Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq on səkkiz yaşı var idi. O, böyük oğul, taxt-tacın varisi kimi dövlət işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi. İsgəndər bəy Münşiyə görə, təkəbbürlü və tündxasiyyət olan Həmzə Mirzə Şərab düşkünü idi. Qızılbaş əmirləri onun anası Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə Əmir xan Türkman Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onu özünə yaxınlaşdırmaq və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əasslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşıqarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz.