Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

Məsh xidmətçisi
Məsh xidmətçisi
Yeni
Aləmlərdə Allahın Surətləri və bənzərləri E96bff_9b6390fba5ed4f44b9208935f363965f~mv2

YARADILIŞDA BƏNZƏTMƏLƏR
(Aləmlərdə Allahın Surətləri və bənzərləri)
 
Allah dünyada elə bir şey yoxdur ki, onu nəyinsə surətində və ya bənzərində yaratmasın.Bütün fiziki aləm ruhani aləmin bənzərində yaradılıb.Allah bu bənzəmələrlə bizə ruhani şeyləri agah etdirmək istəyir, insan cism olduğu üçün ruhani aləmi görmür, və görmədiyi şeyləri də başa düşməkdə acizdir.Yaradılışda bənzəmələr də insanın anlaması üçündür. Başlayaq dünyada ən böyük qüvvə olan Allahın Özündən.Dünyada Allahın ruhani və ya məcazi mənada bənzəri çoxdu:
 
Aləmlərdə Allahın Surətləri və bənzərləri E96bff_0553186721a04bebb1780ab766822a48~mv2 
 
 1.ALLAHIN - Surətləri və Bənzərləri:
GÖYLƏR, GÜNƏŞ, OD,
 
Başlayaq günəşdən, GÖYLƏR - Allahin bəznəridir, Allah böyükdü, sonu yoxdu, göylərin də sonunu biz görmürük.GÜNƏŞ – də Aallahın bənərindədir, Günəş yanar oddu, Allah da nurdu, parlaqdı, Tövratda Allah deyir “ Mən yandırıb yaxan alovam”. Bəzi peyğəmbərlər Allahı taxtda oturan alov kimi görüblər.Günəş olmasa fiziki aləm də olmaz, Allahsız da heç nə olmaz.Gün şüası olmadan canlı heç nə olmaz, Allah da həyat verən Ruhdur.İnsan da Allahın surətində və bənzərində yaradılıb, bu açıqca Tövratın əvvəlindəcə yazılıb.Allahla insan arasında oxşarlıq çoxdur, Allah yaradandır, insan da yaradır, Allah yoxdan yaradır, insan Allahın yaratdığından.
 
2.ALLAH KƏLAMI: GÖYLƏR, AY, BAL, ÇIRAQ, DAŞ, OT, GÜN İŞIĞI, TAXIL, UN, ÇÖRƏK, QILINC, TOXUM, QIZIL.
Göylər - Allah Kəlamını bənzəridi, əbədii, dəyişməzdi, günəş şüası kimi həyat verir.AY da Allah Kəlamını bənzəridi, ay qaranlıqda olanlara işıq göstərir, Allah Kəlamı da ruahni mənada qaranlıqda olanlar üçün bir nurdu, yolumuzda çıraqdı.BAL – Allah Kəlamının bənzəridi, Allah Kəlamı bal kimi şirindi.Tövratda dəfələrlə Allah İsrail Övladlarını Misirdən çıxaranda deyib “Sizi bal və süd axan torpağa gətirəcəm” BAL – Allah Kəlamının, SÜD – isə Allahın Ruhunun bənzəridi.Bunun da ruhani mənası onları ALLAH KƏLAMI və ALLAHIN RUHUYLA bəsləyəcəyini bildirir.DAŞ da Allah Kəlamının bənzəridi, Allah Kəlamı daş kimi möhkəmdi, Davud filiştli cəngavəri daş ilə vurub öldürmüşdü, Allah Kəlamıyla şər qüvvələri qovuriq.OT – da Allah Kəlamını bəznəridi, İsa Məsih dəfələrlə ona iman edənləri qoyunlarım adladırıb, ət yeməyən bütün sülh heyvanları imanlı insanların bəznəridi, ev heyvanlarının da yediyi otdur, imanlıların da ruhani qidası otdur.ŞAM da Allah Kəlamını bənzəridi, ÇIRAQ da.Allah Kəlamı qaranlıqda yolumuza işıqdı.GÜN İŞIĞI da Allah Kəlamının bənzətidi, Allah Kəlamı olmadan aydınlığa çıxa bilmərik.TAXIL, UN, ŞÖRƏK də Allah Kəlamının bənzəridi.Müqəddəs Kitabda harda çörək sözü yazılıbsa onun ruhani mənası Allah Kəlamıdı.İsa Məsihin möcüzələrindən biri olan bir neçə çörəyi artırıb şagirdləri vasitəsiylə xalqa paylaması o deməkdir ki, Allah bizim vasitəmizlə Kəlamını insanlara çatırır.Ruhani çörək olan Allah Kəlamı ruhumuzun qidasıdır.İsrail Övladları səhrada olarkən Allahın göydən onlara yeməyə manna verməsinin ruhani izahı Allahın bizi Kəlamıyla qidalandırmasıdı, Allah Kəlamı da göylərdən gəlir.Müqəddəs Kitabda Allah Kəlamı iki ağızlı iti QILINCa da bənzədilib, düz söz acı olur deyib atalar, həm də Allah Kəlamı Həqiqətdi, qılınc kimi kəsir.QIZIL da Allah Kəlamının bənzəridi, bunu yəqin ki, ən sadə məsihçilər də bilir.TOXUM da Allah Kəlamıdı, Mattada İsa Məsih toxumu Allah Kəlamıyla müqayisə edir, xeyirxah insanda Allah Kəlamı toxum kimi cücər, və insanın imanı böyüyür, daş ürəkli imsansız insanda Allah Kəlamı cücərmir.
 
 
3.ALLAHIN RUHU. Dünyada Allahın Ruhunu bənzəri çoxdu, məsələn:
GÜN ŞÜASI, HAVA, SU, ŞƏRAB, QADIN, GÖYƏRÇİN, BULUD, TÜSTÜ. ZEYTUN YAĞI, MƏSH YAĞI  və s.
 
Gün şüası təbiətə can verdiyi kimi, Allahın Ruhu canlılara həyat verir.İnsan havasız dayana bilmədiyi kimi Allahı Ruhu olmadan da mövcud ola bilməz, hər bir insanda həyat ruhu var.SU Müqəddəs Kitabda Allahın ruhunu bənzərində ən çox işlədilən sözlərdən biridi.İsa Məsih Yəhyanın Müjdəsində deyir “O sudan içən bir də susayacaq, amma Mənim verəcəyim Sudan içən əsla heç vaxt susamayacaq” Əlbəttə ki, söhbət Həyat verən Müqəddəs Ruhdan gedir.ŞƏRABın da ruhanu mənası Allahın Ruhudu.İkisi arasında bənzərlik çoxdu, Allahın Müqəddəs Ruhunda içən insan da kefli kimi çox şən olur, Allahın Sevgisiylə dolur.Həvarilərin İşləri kitabında Həvariləri sərxoşluqda qınayırdılar, amma əslində onlar Müqəddəs Ruhdan içmişdilər.İsa Məsihin ilk möcüzəsi toyda suyu şəraba çevirməsi olub, bunun da ruhani izahı odur ki, O artıq Yeni Ruh, yəni Müqəddəs Ruh gətirib, və Ona iman hər bir salehə bu Ruhdan verilir.QADIN da Müqəddəs Ruhun bənzəridir, Müqəddəs Kitabın bir çox hissələrində qadın və Müqəddəs Ruh sözü eyni sayda yazılıb, hətta bunu bilməyənlər belə qadının Allahın Ruhunun surəti olduğuna inanır.Müqəddəs Ruh da qadın kimi doğur, qadın kimi gözəldir, həssadı.Həmçinin GÖYƏRÇİN də Allahın Ruhunu bənzəridi, Nuhun gəmidən göyərçin buraxması, və İsa Məsihin vəftiz olunanda üzərinə göyərçin qonması da Müqəddəs Ruha işarədi.Müqəddəs Ruh da göyərçin kimi çox həssadı, ürkəkdi, günah olunan yerdən uzaqlaşır.BULUD  da Allahın Ruhunun bənzəridi, Müqəddəs Kitabda dəfələrlə Rəbbini izzəti bulud vasitəsilə özünü göstərmiş, Müqəddəs Məskənin üzərində durmuş, və İsrail Övladları gedəndə onların üzərində gedib onlara yol göstərədi. (Çıxış 40) Necə ki, buluddan yağış yağır təbiəti dirçəldir, Müqəddəs Ruh da da iman edənlərin üzərinə yağıb onları dirildir.Necə ki, sular buxurlanıb havaya qlxıb buludala birləşir, biz də bədənimiz öləndən sonra göylərə qalxıb Rəbbimizlə qovuşacağıq.Buludun – ağ rəngdə olması da Rəbbin salehliyi və müqəddəsliyidi.OD Allahın surətidi, TÜSTÜ də Müqəddəs Ruhun.Tüstü oddan çıxdığı kimi, Müqəddəs Ruh da Allahdan gəlir.

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения