Интересный форум про Азербайджана, об Азербайджанцев, Видео уроки азербайджанского языка для русских, словари, отношения азербайджанцев русским, о любви, о браке, история


Вы не подключены. Войдите или зарегистрируйтесь

Предыдущая тема Следующая тема Перейти вниз  Сообщение [Страница 1 из 1]

1Müqəddəs Ruh Empty Müqəddəs Ruh Вс Апр 30, 2017 3:11 pm

Rəbbin Səsi
Rəbbin Səsi
Yeni
Müqəddəs Ruh E96bff_c6fa41596b684f169fffd770e1d47f69

Müqəddəs Ruh
 
 Müqəddəs Kitabı oxuyanda agah olur ki, insan Müqəddəs Ruhsuz çox zəifdir. İsa Məsih daxilində Müqəddəs Ruh olmayan adamları ölü adlandırıb.Demək olar ki, bütün Müqəddəs peyğəmbərlər Allhın Müqəddəs Ruhuna malik olub.Allah keçmişdə bu Ruhu demək olar ki, təkcə peyqəmbərlərə verirdi, lakin, İsa Məsihdən başlayaraq Allah bu Öz Ruhunu hər bir Ona ibadət edən möminə verir.Mən də birinci dəfə İncili oxuyandan sonra Allahdan bu Ruhu istəmişəm, və Allah bu Ruhdan mənə də verdi.Və O bu Ruha malik mömin dua edəndə Allah onu bu Ruhla bir az da doldurur.Və Ruhla dolanda insan inanılmaz həzz alır, bu Allahın Sevgisidir.Və Allahın Sözünə görə bu Ruha malik olmayan insan öz ibadəti ilə Allahı məmnun edə bilməz, çünki Müqəddəs Ruhsuz insan ruhən ölüdür və ölü insanın ibadəti Allahı qane edə bilməz.Ruhən dirilmək istəyirsinizmi? İncili oxuyun, Ona inanın, və Allahdan Müqəddəs Ruh ənamını istəyin, O sizə mütləq verəcəkdir.İsa Məsih deyib: 9 Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.  10 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.  11 Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?  12 Yaxud yumurta diləsə, ona əqrəb verər?13 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Allahın Ondan diləyənlərə MÜQƏDDƏS RUHU VERƏCƏYİ nə qədər yəqindir!» Əlbətdə ki, deyə bilərsiz "nə Müqəddəs Ruh, bizim dinimiz belə bir şey öyrətməyib" Bəli, razıyam, Quranda Müqəddəs Ruh haqda bir neçə kəlmə yazılıb, amma ondan əvvəl nazil olan kitablarda bu Ruh haqda mindən çox ayət var.Əvvəlcə o kitabları oxuyun, Müqəddəs Ruhu tanıyın, və sevsəniz Allahdan istəyin. Bu Allahın Ruhu olan Müqəddəs Ruh bütün peyğəbərlərin üzərinda olub. Allah sizi çox sevir, və yüksəlməyinizi istəyir.Allahdan olan insanda heç vaxt Allaın kitablarına qarşı ikrah hissi ola bilməz və mömin odur ki, Allahın bütün kitablarını sevir.

2Müqəddəs Ruh Empty Re: Müqəddəs Ruh Вс Апр 30, 2017 3:12 pm

Rəbbin Səsi
Rəbbin Səsi
Yeni
Müqəddəs Ruh E96bff_be48dbb05b6d4c69802a8fc8e90b2dcd

Müqəddəs Ruhu qəbul etməyin vacibliyi.
 
Allah Adəmlə daima söhbət edir və onunla daima ünsiyyətdə olurdu Lakin, Adəm günah edəndən sonra Allah onu Cənnətdən qovdu.Və onun nəslindən gələnlər - Allahın Cəlalından ayrı qaldı.Əgər Adəm övladı günah etməsəydi Allah onların hər birilə söhbət edər və Özünü onlara göstərərdi.Lakin günah üzündən insanlar Allahdan ayrı qaldılar.Yazılıb ki, Allah Adəmi yaradanda ona Öz Ruhundan üfürüb, və Adəm o an yaşayan can oldu.Allah Adəmə demişdi ki, o ağacın meyvəsindən yemə, ondan yediyin gün mütləq öləssən, Adəm Allah Taalaya qulaq asmadı, və o ağacın meyvəsində yedi və beləliklə günah etdi.Sual doğurur, bəs niyə o Allahın dediyi kimi meyvədən yediyi gün ölmədi, günah edəndən sonra yüz illərlə yaşadı? Axı Allah demişdi ondan yediyin gün mütləq öləssən.Əlbətdə ki, əziz həmyerlilərim, Adəm həmən günü öldü, lakin bu fiziki ölüm deyi, ruhani ölüm idi.Allahdan ayrı qalmaq ruhani ölümdür.Ehtimal ki, Allah Adəmdə olan Müqəddəs Ruhu geri çəkmişdi.Və demək olar ki, Adəmin nəslindən olanların hamısı da ruhən ölü yaşayıb.İsa Məsih Ona inanmayanları da "ölü" daxilində Müqəddəs Ruh yaşayanları isə "diri" adlandırıb.Allah, Adəmdən - İsa Məsihə kimi olan təxminən 4 minillik dövrdə demək olar ki, bürün peyğəmbərlərə Öz Ruhundan verib, və o peyğəmbərlər bu Ruhla Allaha xidmət edib, peyğəmbərlik edib və başqa möcüzələr göstərib.Lakin İsa Məsih bütün insanların günahlarından ölüb diriləndən sonra Allah Müqəddəs Ruhdan hər bir Məsihin Müjdəsinə inananlara verir. Və hər bir İncilə inanan məsihçi ilk nəvbədə Allahdan bu Ruhu istəyir.Bəziləri deyi ki, bu Müqəddəs Ruh hər bir insanın daxilində yaşayır, lakin bu səhv fikirdir, çünki O hamıda yaşasaydı İsa Məsih davamçılarına Allahdan O Ruhu istəməyi məsləhət bilməzdi.Bu Ruh barəsində çox danışmaq olar, O insana inanılmaz güc verir, inanılmaz sevgi verir, inanılmaz həzz verir, necə dua etməyi öyrədir, nəyin səhv, nəyinsə düz olduğunu zamanında bildirir.Və Allaha necə ibadət etməyi öyrrədir. Baxın, əzilərim, İsa Məsihin həvariləri hələ Müqəddəs Ruha malik olmayanda necə zəif idilər, İsa tutulanda onların hamısı qaçıb Onu Tək qoydular, lakin Müqəddəs Ruh ənamını Allahdan alandan sonra hamısı Onun uğrunda öldülər, imanından dönmədilər.Əziz dost, Müqəddəs Ruhu yaxından tanımaq istəyirsənmi? Allahdan gələn bu göyərçin kim saf olan Ruhun daxilində yaşamısını istəyirsənmi? Ruhən dirilmək istəyirsənmi? İncili oxu, dua ilə, və o adam ki, deyir müsəlman o kitabı oxumalı deyil, ondan uzaq ol, o sənin xeyrini istəmir.İncil büsbütün Onunn Sözləridir, Odur İncilin Müəllifi, o insanlar vasitəsilə O Kİtabı onların əlilə yazdı.Əgər İsa Məsih, həvari Pavel, və ya başqası kimə isə "övladım" deyə müraciət edirsə, bil ki, əslində Müqəddəs Ruh olan Allah Taala sənə elə müraciət edir.İncilin Müqəddəs Ruh vasitəsilə yazılmasıın bir çox sübütu var, bunlardan biri O Kİtabda yazılan bir çox cüt sözlərdir.Bu barədə başqa vaxt. Allah köməyin olsun!

3Müqəddəs Ruh Empty Re: Müqəddəs Ruh Вс Апр 30, 2017 3:13 pm

Rəbbin Səsi
Rəbbin Səsi
Yeni
Müqəddəs Ruh E96bff_138a7842ca694359ab8604398bd757f7


Keçmişdə Allaha xidmət etmiş bütün peyğəmbərlər Allahın Müqəddəs Ruhuna malik olublar.İsa Məsih insan günahlarından ötrü ölüb dirildiyəndən sonra isə, Allah Tala Öz Müqəddəs Ruhundan hər bir imanlı insana verməkdən məmnundu.Allahın insanlara göndərdiyi bütün İlahi Kitablar bu Ruh vasitəsilə yazılıb.Bu Ruhu Allahdan qəbul etmək üçün Allahın İncildə yazdığı Sözlərinə inamaq vacibdi.Allahın Sözünə görə bu Ruha malik olmayan insan ölüdür, yəni ruhən ölüdür.Və  ruhən ölü olan insan nə Allaha doğru ibadət edə bilər, nə də bu dünyada xoşbəxt ola bilər.Bu Müqəddəs Ruha malik olan insan isə, İsa Məsihin adı ilı öıü də dirildə bilər, insandan cin də çıxara bilər, hər cürə xəstəıikləri də sağalda bilər.Və Allahdan daim vəhy də qəbul edə bilər.Hələ 2800 il bundan əvvəl yaşamış Yoel peyğəmbərin Kitabında Rəbb Allah deyir ki:"Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək. O günlərdə qul və qarabaşların üzərinə də Ruhumu tökəcəyəm:" Və bu peyğəmbərlik sözləri İsa Məsihin vaxtında gerçəkləşdi.Allah milliyətindən asılı olmayaraq hər bir Məsih imanlısının üzərinə bu Ruhu tökdü.Biz Allahın Ruhuna malikik, bu Ruhdu bizi öyrədən, bizi bütün insanları sevməyimizə kömək edən.Bu Ruhla Məsih imanlıları 2000 ilə yaxındı yer üzündə İsa Məsihin Adıyla saysız-hesabsız möcüzələr göstərib, ən pis xəsəliklərə tutumuş xəstəllikləri sağalsıblar və insalardan cinləri qovublar.Allaha yaxın olmaq üçün, sizin daxilinizdə bu Ruhun yaşaması vacibdir.Bəzi insanlar deyir ki, bu Ruhdan hər bir insanda var, lakin əgər bu belədirsə, bəs niyə İsa Məsih bu Ruhu Allahdan istəməyimizi məsləhət bilib? Gəlin O Müqəddəsin Sözlərini oxuyaq:Lukanın Müjdəsi 11:9 (İsa deyir)  9 Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.  10 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.  11 Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?  12 Yaxud yumurta diləsə, ona əqrəb verər?  13 Beləliklə, siz zalım olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın (yəni Allahın) Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»Görürsünüzmü əziz dostlar? İsa Məsih deyir Allahdan diləyənlərə Müqəddəs Ruhu verəcəyi yəqindir.Sevimli həmyerlilərim, mən istəyirəm ki, siz hamınız Allahın Ruhuna malik olasınız.Siz mənim həmyerlilərimsiniz, mən sizi sevdiyim üçün bütün bunları yazıram.İnsan öz xalqını necə sevmiyə bilər? Əzizlərim, ruhən dirilmək istəyirsinizmi? Allahın Müqəddəs Ruhunun daxilinizdə yaşamasını istəyirsinizmi? Allah sizə azadlıq bəxş edib, seçim hüququ verib.O sizi sevir, O heç zaman insan həyatına müdaxilə etməz.O sadəcə dəvət edir və çağırır.Seçim sizindi.Müqəddəs Ruhu yaxından tanımaq istəyən Allahın Kitabı olan İncili oxusun.İnternetdə asan tapa bilərsiniz.Mən bildiklərimi sizə yazdım.Allah ürəyinizi və düşüncənizi aydınlatsın ki, Onun Sözlərini anlıyasınız.Tək olan Tanrının Adı ilə. Amen!

Предыдущая тема Следующая тема Вернуться к началу  Сообщение [Страница 1 из 1]

Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения